image-2000x150
image-11backend

Bu şəxslər də tibbi yardıma görə nağdsız ödəniş edəcək

image-728x90

Özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər də tibbi yardıma görə nağdsız ödəniş qəbul edəcəklər.

Ulusal.az xəbər verir ki, bu barədə Milli Məclisinin Səhiyyə komitəsinin iclasının iclasında müzakirəyə çıxarılan “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Qanununun layihəsində qeyd olunub.

“Nağdsız hesablaşmalar haqqında” qanununa edilən dəyişikliyə əsasən, nağdsız hesablaşmaların əhatə dairəsi genişləndirlərək bu sıraya tibb müəssisələri ilə yanaşı, özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində 500 manatdan artıq olan ödənişlər də əlavə edilib.

Bununla da, hüquqi şəxs yaradıb-yaratmamasından asılı olmayaraq, bütün özəl tibbi fəaliyyətə nağdsız əməliyyatlara münasibətdə eyni hüquqi rejim tətbiq olunub.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90