image-rt-reklam
image-11backend

“Bu separatçıların təxribatıdır” – Arzuman Muradlı

image-728x90

“Dünən Xankəndidə yanacaq məntəqəsində baş verən partlayış nəticəsində çoxsaylı yaralıların olduğuhaqqında erməni mediası xəbərlər tirajlayır. Artıq Bakıdan Xankəndidə tibbi yardım da göndərilib. Digər bir tərəfdən partlayışdan dərhal sonra israilli bloger Lapşinin bu təxribatçı açıqlaması onu deməyə əsas verir ki, bu təxribatı separatçılar həyata keçirib”  – Ulusal.az-a bu fikirləri politoloq Arzuman Muradlı bildirib.

image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoa

Politoloq bildirib ki, Qarabağdan ermənilərin kütləvi qaçışının qarşısını almaq üçün separatçılar bu təxribata əl atıblar.

“Digər tərəfdən Laçın keçidində insanların ciddi yoxlanılması separatçıları qorxuya salıb. Əlləri bir çox cinayətə batmış, Azərbaycan hökuməti tərəfdən atarışda olan separatçılar indi də qaçmaq üçün hava məkanının açılmasını istəyir. Amma onların bu təxribatı heç bir nəticə verməyəcək. Tezliklə Xankəndində Azərbaycan bayrağı dalğalanacaq.”-deyə Arzuman Muradlı bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90