image-2000x150
image-odenisbackend

Bu şəhərə giriş ödənişli olacaq

image-728x90

Venesiyada şəhərə 5 avroluq giriş haqqı tətbiq etmək planlaşdırılır.

Venesiya gələn ildən etibarən turist axınını tənzimləmək üçün 5 avroluq giriş haqqı tətbiq etməyi planlaşdırır. Bu haqda “Reuters” məlumat yayıb.

Ödəniş gələn il 30 gün müddətində, əsasən yaz və yay tətilləri zamanı pilot əsasda tətbiq ediləcək. 14 yaşdan yuxarı bütün ziyarətçilərdən ödəniş alınacaq.

Venesiya Turizm Şurasının üzvü Simone Venturini deyib: “Məqsəd Venesiyada yaşayan, oxuyan və ya işləyənlərlə şəhərə səfər edənlərin hüquqları arasında yeni tarazlıq tapmaqdır”. Onun sözlərinə görə, bu, gəlir gətirən tədbir deyil, çünki ödəniş yalnız sxemin idarə olunması xərclərini təmin edəcək.

Planın dəqiq vaxtı və onun necə həyata keçiriləcəyi gələn həftə gözlənilən şuranın yekun təsdiqindən sonra müəyyən ediləcək. İlk dəfə 2019-cu ildə təklif edilən plan, əvvəlcə turistlərin ziyarətinə mane olan COVID-19, daha sonra isə texniki və prosedur səbəblərə görə təxirə salınıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90