image-2000x150
image-vaqif-tepteze-ff-2backend

Bu səfərdə də erməni “həsrəti, yanğısı” hiss olunurdu

image-728x90

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri ilə bağlı bir sıra mühüm məqamlara toxunmağı vacib hesab edirəm.

İlk növbədə, qeyd etmək istərdim ki, regionda və dünyada gedən mürəkkəb geosiyasi vəziyyətlərin daha da kəskinləşdiyi və qlobal güclərin qütbləşməsinin dərinləşdiyi bu həssas dönəmdə Azərbaycan müdrik və ağıllı siyasət yürütməklə öz mili maraqlarını qoruyan strateji kursuna sadiq qalmaqdadır. Rəsmi Bakı bütün qonşu və region ölkələri ilə bərabər hüquqlu və tərəf tutmadan balansı qorumaqdadır. Bu baxımdan yaxın qonşumuz olan Rusiya ilə münasibətlərin gərginləşməsi əlbəttə, arzuolunan deyil.

S.Lavrova Azərbaycan cəmiyyətinin mövqeyi onsuz da birmənalıdır, onun ikili oyunları və ziddiyyətli açıqlamaları, dəfələrlə Ermənistanın mövqeyini müdafiə edən fikiləri ilə rastlaşmışıq və bu baxımdan Rusiya XİN rəhbərinin hazırkı səfərinin Rusiyanın sülh vasitəçiliyindən qaçmağa çalışan Ermənistanın könlünü almaq, Rusiyanın öz dərdini sanki Bakıda bölüşmək kimi qiymətləndirmək lazımdır. İrəvanda xoş qarşılanmayan Lavrovun davranışlarında da sanki erməni “həsrəti- yanğısı” hiss olunurdu. Lavrov sanki Bakıda tribuna və fürsət əldə edərək sanki Ermənistanı dəstəkləyən mesajlarının çatdırırdı.

Onun Laçın dəhlizi ilə bağlı ikibaşlı sözlərinin alt qatında dayanan fikir də Laçın dəhlizi ilə bağlı oldu. Lavrovun “Laçın dəhlizinin rejimi və onun funksiyası ən birinci üçtərəfli bəyanata tam uyğun olmalıdır, orada hansısa nəzarət-buraxılış məntəqələrinin yaradılmasına baxılmır” fikri siyasi riyakarlığın nümunəsi sayıla bilər. Həmin bəyanatdan aydın görünür ki, Laçın dəhlizindən yalnız humanitar yüklərin və mülki şəxslərin sərbəst hərəkətinin təmin olunması nəzərəd tutulub. Ancaq son 2 ildə Rusiya “sülhməramlılarının” “xeyir-duası” ilə bu dəhlizdən silah və terrorçu qrupun üzvləri daşınır, İrandan və başqa ərazilərdən qeyri-qanunu malların tranziti ara vermir və dekbarın əvvəllərindən ekofəalların başlatdığı aksiya da məhz bu tələblərindən meydana çıxıb.

Bununla bağlı Azərbaycan Prezidenti Cənab İlham Əliyevin qətiyyətli prinsipial mövqeyi də bəllidir, bölgədən silahlı erməni birləşmələrinin çıxarılması ilə yanaşı, dəhlizdən heç bir qanunsuz hərəkətin mümkün olmadığı tələbi başlıca şərtlərdən biridir.. Azərbaycanın başlatdığı hazırkı aksiya da Laçın dəhlizində ölkəmizin nəzarət-keçid məntəqəsinin qurulması təmin olunana qədər davam edəcək. Lavrovun “dəhlizin faktiki olaraq təyinatı üzrə istifadə edilməsinə dair şübhələri texniki vasitələrlə aradan qaldırmaq mümkündür” sözləri isə ona işarə edir ki, dəhlizdə yalnız texniki vasitələr, yəni xüsusi nəzarət sistemi olan skaner cihazları quraşdırılsın. Bu isə nəzarət postları demək deyil. Ona görə də Bakıya kimin gəlib-getməsindən asılı olmayaraq Azərbaycan öz nəzarət buraxılış məntəqəsini də quracaq, Zəngəzur dəhlizinin eyni şərtlər əsasında açılmasını də gerçəkləşdirəcək. Rusiya XİN rəhbərinin “Naxçıvana yolun açılması ilə bağlı konkret nəticələrin əldə edilməsinə ümidliyik” fikri Azərbaycanın Zəngəzur dəhlizinin açılması istiqamətində yürütdüyü qətiyyətli siyasətə qəbul etmək məcburiyyətinin etirafıdır.

S.Lavrov Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasında Rusiyanın əsas üstünlüyünü qorumağa çalışdığını bəyan etdi. Əlbəttə Azərbaycan üçün yeganə tələb ədalətli sülh sazişinin imzalanmasıdır. Burada Rusiyanın və ya Avropa İttifaqının vasitəçiliyi əsas önəm daşımır, yekun nəticə əsasdır.

Lavrovun, qeyrisinin səfərləri və bəyanatları heç nəyi dəyişmir. Dəyişən Azərbaycan öz ərazi bütövlüyünü təmin etdikdən sonra yaratdığı yeni geosiyasi reallıqlardır. Ona görə də Rusiya, Aİ və digərləri Bakının inadlı mövqeyin ilə barışmağa məcburdur.

Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90