image-rt-reklam
image-2backend

Bu səfər qardaşlıq münasibəti kimi tarixləşəcək

image-728x90

Dövlət müstəqilliyi bərpa olunduqdan sonra Azərbaycanı dünyanın əksər dövləti rəsmən tanıdı. Pakistanla Azərbaycan arasında qarşılıqlı etimada, etibara, ehtirama və inama əsaslanan ikitərəfli əlaqələr yarandı.Bu əlaqələrin şəbəkəsi genişləndi, sosial həyatın bütün sahələrini əhatələdi.İndi bu iki dövlət arasında siyasi, iqtisadi, mədəni münasibətlər yüksək səviyyədə dəvam etdirilir.Cari ilin 11 iyul tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Pakistana dövlət səfəri də bunun təsdiqidir.Pakistanla Azərbaycan arasında əlaqələrin möhkəmləndirilməsinə dair 15 sənəd imzalanıb.Xarici işlər nazirləri arasında əməkdaşlığa dair Anlaşma Memorandumu, tranzit və preferensial ticarət, mineral ehtiyatlar və geologiya, informasiya texnologiyaları və kommunikasiyalar, elm və texnologiyalar, kiçik və orta sahibkarlıq və digər sahələr üzrə sazişlər, həmçinin 2024-2029-cu illər üzrə mədəni mübadilə proqramı imzalanıb.

Prezident İlham Əliyev qeyd edib ki, iqtisadiyyat, ticarət və sərmayələr sahələrində güclü əlaqələr qurulacaq, qarşılıqlı ticarətin həcmi artırılacaq.Bu məqsədlə ilkin mərhələdə güzəştli ticarət formatına aid 9 maddə müəyyən edilib və bu yalnız başlanğıcdır.
Pakistan həmişə işğalçı Ermənistandan Azərbaycanın işğal etdiyi əraziləri azad etməyi tələb edib.Pakistan Ermənistanla hələ də diplomatik münasibətlər qurmayıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ehtiramla deyib ki, Pakistan həmişə Azərbaycanın yanında olub, İkinci Qarabağ müharibəsində Azərbaycanın mövqeyini- apardığı ədalətli müharibəsini dəstəklədi.
Pakistanın Baş naziri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Pakistana bu səfərini qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsində əhəmiyyətli olacağını qeyd etmişdir.
Pakistan Azərbaycanın işğaldan azad edilmiş ərazilərində quruculuq işlərində iştirak etmək üçün müraciət edib.Bu müraciət də qardaşlığın təzahürüdür.
Bu səfər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sülhə söykənən xarici siyasətinin mahiyyətini ifadə edir və səmimi qardaşlıq münasibəti kimi tarixləşəcək.

Səbinə XASAYEVA,
VI Cağırış Milli Məclisin deputatı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90