image-rt-reklam
image-3backend

“Bu seçkilər müstəqillik tariximizdə bir ilk olacaq” -Millət vəkili

image-728x90

Yasamalda fevralın 7-də baş tutacaq Prezident seçkilərinin təşviqat-təbliğat kampaniyasına start verilib.

Bu barədə saytımıza açıqlamasında Milli Məclisin deputatı Elnur Allahverdiyev bildirib.

Millət vəkili qeyd edib ki, dünən Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatında (YAP Yasamal Rayon Təşkilatı ) rayonumuzun seçiciləri ilə keçirdiyimiz görüşlə fevralın 7-də baş tutacaq Prezident seçkilərinin təşviqat-təbliğat kampaniyasına start verdik.

“Əsasən gənclərdən ibarət seçicilərimizlə dolğun və maraqlı görüşümüz, dinamik fikir mübadiləmiz oldu. Bu seçkilər müstəqillik tariximizdə bütün ərazimizdə keçiriləcək ilk seçkilər olacaq. Ötən il Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun bütün ərazilərimizi erməni separatçılarından azad etməsindən sonra Azərbaycan vətəndaşları Qarabağda və Şərqi Zəngəzurda da səs verə biləcəklər. Bu reallıq partiyamızın namizədi, liderimiz cənab İlham Əliyevin seçki şuarında da əks olunur: Qalib Xalqın Qalib Lideri. Fevralın 7-də Qalib Xalqın seçkilərində Qalib Liderə səs verəcəyik!”-deyə Elnur Allahverdiyev bildirib.

image-1 image-2 image-3 image-4

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90