image-rt-reklam
image-bez-nazvaniya-1backend

“Bu Rusiyanın yeni təzyiq metodudur”- Politoloq

image-728x90

Rusiya yenidən Azərbaycana qarşı təzyiq metodunu işə salıb. Rusiya mediasının məlumatına görə, bundan Azərbaycan vətəndaşları işə götürülməyəcək.

image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoa

Politoloq  Arzuman Muradlı Rusiyanın Azərbaycan vətəndaşlarının işə götürülməsinə qoyduğu qadağaya münasibət bildirib.

Politoloqun sözlərinə görə, Rusiya Federasiyasının Əmək və Sosial Müdafiə Nazirliyinin bu qərarı müasir beynəlxalq münasibətlər tarixində görünməmiş dərəcədə açıq irqçilik, milli ayrı-seçkilik və düşmənçilik nümunəsidir.

Arzuman Muradlı qeyd edib ki, bu addım yalnız siyasi təzyiq vasitəsi deyil, həm də Kremlin beynəlxalq hüquqa, insan haqlarına və formalaşmış beynəlxalq praktikaya hörmətsizliyinin bariz göstəricisidir:

“Moskva düşünür ki, bu kimi cılız qərarlarla və ya SOCAR-ın Ukraynadakı müəssisələrinə hücum etməklə Azərbaycana təsir göstərə, xalqımızı qorxuya sala və milli həmrəyliyi poza bilər. Amma Kreml ciddi şəkildə yanılır. Azərbaycan xalqı nə qorxur, nə geri çəkilir, nə də özünə olan hörmətsizliyi cavabsız qoyur”.

Politoloq əlavə edib ki, bu qərarın məqsədi Rusiyada çalışan minlərlə azərbaycanlını ölkəyə qaytarmaqla, Azərbaycanda sosial-siyasi sabitliyi pozmaqdır.

“Bu Rusiyanın yeni təzyiq metodudur. Lakin artıq bunlar keçərli deyil. Azərbaycan dövləti və xalqı milli həmrəyliyi qorumağa və istənilən təxribatın öhdəsindən gəlməyə qadirdir” – deyə Arzuman Muradlı bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90