Ulusal.az xəbər verir ki, Abşeron rayonu ərazisində keçirilən növbəti tədbirlər zamanı Fatmayı kəndində yerləşən restoranların birindən tullantı sularının kənara təyinatsız axıdılması və atmosferə atılan zərərli maddələrin zərərsizləşdirilməsi üçün tüstü bacalarına təmizləyici qurğuların quraşdırılmaması aşkar olunub.
Həmin restoranın icarədarı barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.
Məmmədli qəsəbəsi ərazisində keçirilən tədbir zamanı isə Kürdəxanı gölü ərazisində qanunsuz ov edən bir nəfər aşkar olunaraq barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.