image-rt-reklam
image-amea_bina_020519backend

“Bu qərəzlidir” – AMEA

image-728x90

“Yeni Müsavat” qəzetinin 9-11 sentyabr 2023-cü il tarixli sayında “AMEA prezidentinə şok ittiham: “Bir neçə vəzifə tutub, korrupsiyaya göz yumur…”” məqaləsindəki məlumatlar obyektiv reallığı əks etdirmir. Belə ki, barəsində söz açılan Akademiyanın Dilçilik İnstitutunun maddi-texniki bazasını möhkəmləndirmək və dilçilik elmini inkişaf etdirmək üçün dövlət tərəfindən nəzərdə tutulmuş 2 milyon manatlıq maliyyə vəsaiti 29 may 2012-ci il tarixdə ayrılmış və həmin ilin sonuna qədər avadanlıqlar alınmış, 12 iyun 2013-cü il tarixdə isə nəzərdə tutulan kitabların nəşri barədə hesabat təqdim olunmuşdur.

Akademik İsa Həbibbəyli isə qeyd edilən dövrdə Naxçıvan Dövlət Universitetinin rektoru vəzifəsində işlədiyi üçün nə ayrılmış maliyyə vəsaiti, nə də həmin vəsaitin hara və nəyə xərclənməsi barədə heç bir məlumata malik ola bilməzdi. Məlum olduğu kimi, İsa Həbibbəyli 24 aprel 2013-cü il tarixdə AMEA-nın Ümumi yığıncağında Akademiyanın vitse-prezidenti vəzifəsinə seçilmiş, may ayından etibarən vəzifəsinin icrasına başlamışdır.
Bundan başqa, bir daha qeyd etməyi lazım bilirik ki, Akademiya sistemində vitse-prezidentlik institutu vasitəsilə bank və maliyyə əməliyyatlarının aparılması proseduru heç vaxt olmamışdır və indi də yoxdur. AMEA-nın vitse-prezidenti vəzifəsini daşıyan şəxslər Akademiyanın Nizamnaməsinin müddəalarına uyğun olaraq, onlara aid olan Elmi Bölmənin və həmin Bölmənin tərkibindəki elmi-tədqiqat institutlarının elmi-təşkilati, elmi-metodiki problemlərinin həll edilməsi, beynəlxalq əlaqələrin təşkili və tənzimlənməsi, müxtəlif səviyyəli elmi tədbirlərin keçirilməsi, mütəxəssis hazırlığı, seçkilərin keçirilməsi və sair kimi məsələlərlə məşğul olur, müəyyən edilimiş islahatların və proqramların həyata keçirilməsi vəzifələrini icra edirlər. Bu baxımdan Akademiyada hər hansı bir tabe elmi qurumda maliyyə məsələləri ilə əlaqələr məsuliyyəti vitse-prezidentlərə aid etmək, bu kontekstdə Nəsimi adına Dilçilik İnstitutundakı maliyyə proseslərini vitse-prezident vəzifəsində çalışmış İsa Həbibbəyliyə bağlamaq tam əsassızdır.
Buna baxmayaraq, müxtəlif vaxtlarda bəzi qüvvələr sosial şəbəkələrdə məqsədli şəkildə haqsız olaraq İsa Həbibbəylinin adını Dilçilik İnstitutuna aid maliyyə məsələləri ilə hallandırmaqla cəmiyyətdə mənfi rəy formalaşdırmağa çalışmışlar. AMEA-nın vitse-prezidenti kimi İsa Həbibbəyli 1 fevral 2021-ci il tarixdə sosial şəbəkələrdə və mətbuatdakı açıqlamasında Dilçilik İnstitutuna ayrılmış maliyyə vəsitinin xərclənməsinin onun fəaliyyəti ilə heç bir əlaqəsi olmadığını rəsmən bəyan etmişdir.
AMEA-nın rəhbər işçilərinin əlavə vəzifə daşımaları haqqında isə onu bildirmək istəyirik ki, Akademiyada çoxillik ənənəsi olan bu məsələ ilə əlaqədar artıq müvafiq layihə hazırlanıb, yaxın zamanlarda ictimaiyyət bunun nəticələri ilə tanış olacaqdır.
Bütün bunlara görə, əsl reallıq bunlardan ibarət olduğu halda, məlum mövzunun bu dəfə “Yeni Müsavat” qəzetinin geniş yayılması imkanlarından istifadə etməklə eyni formatda yenidən gündəmə gətirilməsi və on bir il əvvələ aid məsələlərə görə indi AMEA prezidentinin niyə tədbir görməməsi barədə ittihamların səsləndirilməsi yeniləşmə dövrünə başlayan Akademiyanı mənasız mübahisələrə cəlb etməyə və maraqlı qüvvələrin davam etməkdə olan şəxsi mülahizələrini və istəklərini xoş olmayan niyyətlə yaymalarına xidmət edir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90