Ulusal.az xəbər verir ki, cari ilin yanvar-sentyabr ayları arasında Trabzonun Maçka rayonundakı Sümela monastrını 395.994 turist ziyarət edib.
Altındere Vadisi Milli Parkında, 300 metr yüksəklikdəki qayalara oyulmuş monastr qonaqlara təbiət, tarix və mədəniyyəti bir arada təqdim edir.
UNESCO Ümumdünya İrs Siyahısına daxil edilən Sümela monastrı Trabzondakı mədəniyyət və təbiətsevərlərin turizm bələdçilərində həmişə birinci yerdədir.
Sümela monastrı gözəl mənzərələri ilə yanaşı, qonaqlarına trekkinq, dağ velosipedi və fotosafari kimi müxtəlif imkanlar təqdim edir.
“Müqəddəs Varvara” kimi tanınan Aya Varvara kilsəsi ilə də diqqət çəkən Sümela monastrı bölgədə tarix, mədəniyyət və təbiət turizminə əhəmiyyətli töhfə verir.
Şəhər Mədəniyyət və Turizm Müdirliyinin məlumatına görə, 2024-cü ilin yanvar-sentyabr ayları arasında məşhur Sümela monastrını 395 mindən çox turist ziyarət edib.