Suriya Prezidenti Əhməd Əl-Şara keçmiş müxalif qərargahında keçirilən toplantıya bahalı avtomobillərlə gələn dəstəkçilərinə sərt reaksiya göstərib.
Belə ki, Şara toplantıya gələn 100-dən çox məmur və iş adamının bahalı avtomobillərlə gəldiyini görüb və belə deyib: “Dövlətin bu qədər yüksək maaş verdiyini bilmirdim! İnqilabın övladları olduğunuzu unutmusunuzmu? Bu qədər tezmi yoldan çıxdınız?”
Mənbələrin sözlərinə görə, Prezident bu ifadələri binanın qarşısında dayanan bahalı avtomobilləri gördükdən sonra səsləndirib.
İki dövlət rəsmisinin bildirdiyinə əsasən, 30 avqustda İdlibdə keçirilən həmin görüşdə Şara dövlət məmurlarına xəbərdarlıq edib. “Lüks avtomobillərinizi təhvil verin, əks halda korrupsiya istintaqı ilə üzləşəcəksiniz”, – deyə o qeyd edib.
Toplantıdan sonra bəzi iştirakçıların avtomobil açarlarını təhvil verdikləri bildirilib.”AzPolitika.info”























