image-rt-reklam
image-1backend

Bu ölkəni Rusiyaya qarşı “ikinci Ukrayna”ya çevirirlər

image-728x90

Qərb Rusiyaya qarşı addımlar üçün Moldovanı “ikinci Ukrayna” taleyinə hazırlayır.

Ulusal.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

“Brüssel və onun arxasında duran Vaşinqton Moldovanı öz təcavüzünün digər aləti olan “ikinci Ukrayna” roluna fəal şəkildə hazırlayır”, – o bildirib.

O qeyd edib ki, Moskva Rusiyaya dost olan Moldova xalqının Ukraynanın taleyini yaşamasını istəmir:

“Bu cür tendensiyalar narahatlıq doğurur, çünki Dnestr çayının hər iki sahilində 250 minə yaxın Rusiya vətəndaşı yaşayır”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90