image-rt-reklam
image-1backend

Bu ölkələrin sürücüləri Almaniyada tanınacaq – Azərbaycan var?

image-728x90

Hərbi münaqişə baş verəcəyi təqdirdə Almaniyada 400 minə qədər yük maşını sürücüsü çatışmazlığı yarana bilər. Buna görə də qadınlar və pensiyaçılar bu sektora cəlb edilməlidir.

Ulusal.az “Bild” qəzetinə istinadən xəbər verir ki, belə bir çağırışla Yük Daşımaları, Logistika və Tullantıların İdarə Edilməsi üzrə Federal Assosiasiyanın rəhbəri Dirk Engelhardt çıxış edib.

Məlumata görə, ölkədə hazırda 100 minə yaxın yük maşını sürücüsü çatışmır. Engelhardt hesab edir ki, hərbi qarşıdurma baş verərsə, Almaniyada 400 min yük maşını sürücüsü çatışmazlığı yarana bilər. Bu səbəbdən o, yüz minlərlə qadın və təqaüdçünün yük maşınlarının sükanı arxasına keçməsini müdafiə edib. Engelhardta görə, qaydaların yumşaldılması da lazımdır.

“Bizə sükan arxasında daha çox qadın lazımdır. Bunun üçün təhlükəsiz parklama yerləri və məsələn, ayrıca duşlar, tualetlər və mətbəxlərlə təchiz olunmuş yük maşınları lazımdır”, – assosiasiya lideri iddia edib. Eyni zamanda o, təqaüdə çıxmış yük maşını sürücülərinin “yenidən işə qaytarılması” və onların ixtisaslarının hər beş ildən bir yenilənməsi tələbinin ləğv edilməsini təklif edib.

“Maşın sürə bilən hər kəsə maşın sürməyə icazə verilməlidir”, – deyə Engelhardt bildirib.

Qeyd olunur ki, hətta bəzi ölkələrdən (Moldova və Özbəkistan kimi) yük maşını sürücülərinin sürücülük vəsiqələri Almaniyada tanınacaq. Sürücülük vəsiqəsi olan istənilən yük maşını sürücüsünə də ondan kommersiya məqsədləri üçün istifadə etməyə icazə verilməlidir.

Qəzetin yazdığına görə, fövqəladə vəziyyətdə Almaniya hökuməti və Bundesver (Almaniya Silahlı Qüvvələri) yük maşını sürücülərindən asılı olacaq. Digər şeylərlə yanaşı, onlar hərbi texnika və təchizatları cəbhə bölgələrinə çatdırmağa məcbur olacaqlar.

“Əgər fövqəladə vəziyyətdə 400,000 sürücü çatışmazlığını aradan qaldıra bilməsək, nə Bundesverə lazımi dəstək verə, nə də mülki əhalini lazımi şəkildə təmin edə biləcəyik”, – deyə Engelhardt vurğulayıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90