image-rt-reklam
image-1backend

Bu ölkə bizdən Xəzərə çıxış istəyir

image-728x90

İrəvandakı ABŞ səfirinin açıqlamasının arxasında nələr dayanır?; Vaşinqton sənədi öz bəhrəsini verməkdədir
“Ermənistan Azərbaycanla yolların açılmasından faydalanacaq”. Bunu Ermənistanın ABŞ-dəki səfiri Lilit Makunts deyib. “Keçmişə dair problemlərə baxmayaraq, biz irəli getməliyik. Nəqliyyat marşrutlarının açılmasından Ermənistan iqtisadi fayda görəcək. Baş nazir Nikol Paşinyan artıq Ermənistanın Xəzərdən Aralıq dənizinə, Fars körfəzindən Qara dənizə qədər ticarət mərkəzi olmaq istəyini açıqlayıb. Bu, bizi bu reallığa bir addım da yaxınlaşdırır”, – erməni diplomat bildirib.

ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə sülh və nəqliyyat dəhlizlərinin açılması üzrə razılaşmalardan danışan Makunts qeyd edib: “Bu, təkcə Ermənistan və Azərbaycan üçün deyil, həm də daha geniş Cənubi Qafqaz üçün dönüş nöqtəsidir. Onilliklərlə davam edən münaqişədən sonra biz tarixi şikayətlər səhifəsini bağlayırıq və ümumi sülh və rifahla müəyyən edilmiş kursu müəyyənləşdiririk”.

Qeyd edək ki, Paşinyan özünün “Sülh Qovşağı” adlı Qafqazda kommunikasiyaları açmağı təklif edən xəritə-layihəsində Ermənistanın xilas yolunu Qara, Aralıq, Xəzər dənizi və İran Körfəzinə çıxış imkanları göstərmişdi.

Bəs Ermənistanın Xəzərə çıxış imkanları reallaşa bilərmi? Bu, necə baş verəcək? Ermənistan yüklərinin Xəzərdə daşınması mümkündürmü?

İqtisadçı ekspert Günay Hüseynovanın fikrincə, Makuntsun bu açıqlaması münasibətləri yumşaltmaq xarakter daşıyır: “Son günlərdə Zəngəzur dəhlizinin açılması ilə bağlı sülh sazişi müzakirələrə səbəb oldu. Bu layihə çərçivəsində də Ermənistanda baş nazirə və hökumətə qarşı çıxışlar baş verdi. Qarabağın işgaldan azad edilməsinin ardından Zəngəzur dəhlizinin açılışı erməni vətəndaşlarının Nikol Pasinyana qarşı etirazlarını daha da artırdı. Ermənistanın ABŞ-dəki səfiri Lilit Makuntsun bu açıqlaması münasibətləri yumşaltmaq xarakter daşıyır. Makunts və Ermənistan rəhbərliyi də əslində bunun mümkünsüz olduğunu yaxşı bilirlər. Düşünürəm ki, məhz ABŞ-dən səfirin bu açıqlamanı etməsi iqtisadi təxribat xarakterlidir. İlk növbədə onunla əlaqədardır ki, Zəngəzur dəhlizinin açılması və sülh sazişi ABŞ Prezidenti Donald Tramp tərəfindən həyata keçirildi. Səfirin bu açıqlaması da bir addım çıxış yolu kimi qiymətləndirilir. Əgər Xəzərə çıxış məsələsi müzakirə olunacaqdısa, ölkə basçılarının, xarici işlər, iqtisadiyyat nazirlərinin görüşü olacağı zaman müzakirə olunardı. Bu, xarici ölkədə fəaliyyət göstərən səfirin səlahiyyətləri çərçivəsində deyil.

Ermənistanın Xəzərə çıxış imkanlarına gəldikdə isə bu real görünmür. Həm siyasi, həm də güvənlik baxımından uyğun hesab olunmur. Ermənistan məhsullarının tranzit yol kimi 3-cü ölkəyə daşınmasına qaldıqda isə, bu qismən ola bilər. Bu da təbii ki, müəyyən çərçivədə ola bilər. Ermənilərin Xəzərə çıxış arzusunun olduğunu Makunts və erməni hökuməti çox yaxşı bilir. Ermənistan meyvə, konservant məhsulları, avtomobil ehtiyat hissələri istehsal edir. Xəzərə çıxışla hansı ölkələrə idxal edəcək? Beynəlxalq arenaya rəqabət qabiliyyətli məhsulu olmayan ölkə nə ilə çıxacaq? İdxala gəldikdə isə bundan İran Rusiya vasitəsilə hər hansısa məhsulu idxal edir. Ümumi yekunda onu qeyd edim ki, hazırda belə bir şəraitin yaradılması mümkün deyil”.“Yeni Müsavat”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90