image-2000x150
image-1backend

Bu ölkə bəyan etdi: Rusiya ərazilərimizi işğal edib

image-728x90

Yaponiya hökuməti Kuril adalarının cənub hissəsini Rusiya tərəfindən “qanunsuz işğal olunmuş” adlandırıb.

Ulusal.az xəbər verir ki, bu barədə TASS Yaponiya Xarici İşlər Nazirliyinin “Mavi kitab” adlı illik hesabatında dərc olunan mətnə ​​istinadən məlumat yayıb.

Qeyd edilir ki, ikitərəfli münasibətlərdə ən böyük narahatlıq Tokionun adalar adlandırdığı “şimal əraziləri məsələsidir”.

“Şimal əraziləri Yaponiyanın suverenlik hüququna malik olduğu və ata-baba ərazisi olan adalardır, lakin hazırda Rusiya tərəfindən qeyri-qanuni işğal olunub”, – hesabatda deyilir.

Yaponiya Xarici İşlər Nazirliyi Kuril adalarının bu hissəsi ilə bağlı problemin həllinə və Moskva ilə sülh müqaviləsinin bağlanmasına sadiq olduğunu bəyan edib. Onlar həmçinin humanitar mübadilənin və Yaponiyanın keçmiş sakinlərinin bu ərazilərə səfərlərinin bərpasının prioritet olduğunu qeyd ediblər.

Fevral ayında Yaponiyanın baş naziri Fumio Kişida Tokionun Rusiya ilə sülh müqaviləsi bağlamağa sadiq olduğunu bildirmişdi. Onun sözlərinə görə, İkinci Dünya Müharibəsinin başa çatmasından 78 il sonra şimal ərazilərinin mülkiyyət məsələsi ilə bağlı qərarın olmaması təəssüf doğurur.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90