image-2000x150
image-nesib66backend

“Bu molla rejiminin Azərbaycana qarşı növbəti təxribatıdır” –Nəsib Məhəməliyev

image-728x90
İran hakimiyyəti xüsusən son iki ildə özünün anti-Azərbaycan siyasəti kontekstində Nizaminin fars şairi olduğunu sübut etmək üçün geniş kampaniya aparmaqdadır. Bu kampaniya çərçivəsində təkcə paytaxtda və iri şəhərlərdə deyil, ölkənin bütün əyalətlərində Nizami tədbirləri keçirilir və şairin İrana məxsus olduğu hər fürsətdə qabardılır. Paralel olaraq, İranın xaricdəki mədəniyyət mərkəzləri vasitəsilə dünyanın müxtəlif ölkələrində analoji iş həyata keçirilir.
Belə bir siyasəti həyata keçirməklə İran hakimiyyəti bir neçə məqsəd güdür. Birincisi, Nizaminin Azərbaycan milli kimliyində xüsusi yerini nəzərə almaqla, ona zərbə vurmaq, bununla da Azərbaycan Respublikasının yumşaq gücünü zəiflətməyə çalışmaq. İkincisi, Nizamini İran mədəniyyətinin bir parçası kimi təqdim etməklə, Gəncənin və bütövlükdə Azərbaycanın tarixi İran ərazisi, İran sivilizasiyasının tərkib hissəsi olduğunu göstərmək.
Üçüncüsü, Güney Azərbaycanda milli oyanışa Quzeydən gələn təsir və impulsların qarşısını almaq, son yüz ildə təbliğ və tətbiq olunan iranlı kimliyinə əlavə əsas və dəstək qazanmaq.
Rəsmi Tehranın bu çirkin siyasətinə münasibət bildirən millət vəkili Nəsib Məhəməliyev bildirib  ki, İran müstəqil Azərbaycan dövlətinin uğurlarına, beynəlxalq nüfuzuna qısqanclıqla yanaşır.
“İran hakimiyyətinin 2023-cü ili “Nizami Gəncəvi ili” kimi qeyd olunması barədə qərarı molla rejiminin Azərbaycana qarşı növbəti təxribatıdır. Bu yeni bir şey deyil. Əvvəllərdə ən müxtəlif səviyyələrdə, İran hakimiyyət dairələrindən Nizami Gəncəvinin fars şairi olması barədə cəfəng fikirlər səsləndirilirdi. Prezident İlham Əliyev Bakı Qlobal Forumunda çıxışında çox gözəl şəkildə qeyd etdi ki, Nizami Gəncəvi Azərbaycanda doğulub, yaşayıb, qəbri də qədim Gəncə şəhərindədir. Məsələ ondadır ki, İran müstəqil Azərbaycan dövlətinin uğurlarına, beynəlxalq nüfuzuna qısqanclıqla yanaşır. Azərbaycanın güclənməsini, inkişafını özü üçün təhlükə olaraq görür. Nizami Gəncəvi ilə bağlı tədbirlərin əsasən azərbaycanlıların yaşadıqları şəhərlərdə keçirilməsi isə, şərq hiyləgərliyindən irəli gəlir. Molla rejimi güneyli və quzeyli soydaşlarımız arasında qarşıdurma yaratmaq, düşmənçilik toxumlarını səpmək məqsədi güdür. Əfsuslar olsun ki, İran dövləti son hadisərdən düzgün nəticə çıxarmaq əvəzinə konfrantasiya yolunu tutmaqda davam edir. Bu da təbii ki, heç bir xalqa xeyir gətirməz.”- deyə millət vəkili əlavə edib.
image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90