Bakı Dövlət Universitetinin Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli “Məktəbdə…” layihəsinin qonağı olub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin yeni dərs ilində ilk görüşü paytaxtdakı 21 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilib.
Məktəblilərlə səmimi ünsiyyət şəraitində keçən görüşdə C.Məmmədli Ağdamın Novruzlu kəndindən başlayan həyat yolundan, məktəb illəri ilə bağlı xatirələrindən, müəllimlərinin həyatında oynadığı roldan, məşğul olduğu fəaliyyət sahələrindən, həyatda və peşəsində uğur qazanmasına təsir edən amillərdən danışıb.