image-rt-reklam
image-1backend

Bu maşınlar telefonlara bənzəyir, hər il… – L9 və Zeekr-in aqibəti necə olacaq? – VİDEO

image-728x90

Yeni təqdim edilən “ZEEKR X9” avtomobili sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. İzləyicilərin əksəriyyəti avtomobilin dizaynını və salonunu tərifləsə də, avtoekspert Şahin Göyləroğlu bu məsələyə fərqli baxış bucağından yanaşıb.

Ulusal.az xəbər verir ki, avtoekspert Şahin Göyləroğlu bu cür modellərin davamlı deyil, keçici tendensiyalar yaratdığını bildirib.
Ekspertin sözlərinə görə, bir il əvvəl “Lİ9” modeli haqqında da eyni reaksiyalar olmuşdu.

“Yeni maşın çıxıb, biri “ZEEKR X9”. Möhtəşəm maşınmış, içi belə, çölü belə, super bir şey. Yadınıza gəlir, tam bir il bundan qabaq “Lİ9’” haqqında da belə deyirdik — möhtəşəm, gözəl. Amma indi onu unutmusan. Bax, bu cür maşınlar belədir. Sabah “Geely” çıxacaq, növbəti gün “Huawei” çıxacaq, sonra “Xiaomi”. Gündə biri gələcək, biri gedəcək.”

Şahin Göyləroğlu qeyd edib ki, bu avtomobilləri almaq istəyi normal olsa da, onları bir “mədəniyyət” kimi qəbul etmək doğru deyil:

“Əgər pulunuz varsa və sevirsinizsə, ala bilərsiniz. Amma bu, bir mədəniyyət deyil, bu, bir ardıcılıq deyil. Bu, gündə çıxan telefona bənzəyir. Mən sizə necə deyim ki, get, arxayın bu modeli 7 il sürəcəksən? Qardaş, ildə dəyişir, 10 dənə istehsalçı var. Nə tər bunlara rəy bildirəsən?”

Ekspert əlavə edib ki, bu cür modellər bazara çox sürətlə daxil olur və hər yeni model əvvəlkini unutturur:

“Keçəlin sürdüyü “Lİ”ni unuttunuz, indi “ZEEKR” gəldi. Sabah “Geely”, “Chery”, sonra “Huawei”, daha sonra da “Xiaomi” gələcək. Nə bilim mən dalınca nə gələcək?! Ona görə qərarı hər kəs özü versin.”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90