image-rt-reklam
image-1backend

Bu marşrut avtobuslarının hərəkət sxemi dəyişdirilir

image-728x90

Bakıda iki müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir.

Bu barədə Ulusal.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, iyulun 24-25-də 126 və 554 nömrəli müntəzəm marşrutların hərəkət sxemi üzrə yerləşən dəmir yolu keçidində (Puta-Abşeron mənzilinin tək yolu) aidiyyəti qurum tərəfindən aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

Məhdudiyyət səbəbindən 126 nömrəli marşrutun hərəkəti müvəqqəti olaraq Şonqar qəsəbəsi – Dəmir yolu keçidi və Dəmir yolu keçidi – “Sədərək” ticarət mərkəzi, 554 nömrəli marşrutun hərəkəti isə Güzdək qəsəbəsi – Dəmir yolu keçidi və Dəmir yolu keçidi – Lökbatan qəsəbəsi istiqamətləri üzrə təşkil olunacaq.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90