image-rt-reklam
image-1backend

Bu layihələr Azərbaycan-Türkiyə arasındakı mədəni əlaqələri daha da gücləndirəcək

image-728x90

Samir Abbasov Türkiyənin “TRT Türkü” radiosunun qonağı olub və Azərbaycan-Türkiyə mədəni əlaqələri, o cümlədən gələcək layihələrə dair sualları cavablandırıb.

“Dost və qardaş ölkə olan Türkiyə ilə münasibətlərimizin tarixi çox qədimdir. Ortaq dil, soykök, din birliyi, mədəniyyət, adət və ənənələrin yaxınlığı bu əlaqələri şərtləndirən amillər sırasında əsas yer alır. Tarixə nəzər saldıqda, 1918-ci il sentyabrın 15-də Bakının Türk Qafqaz İslam Ordusu tərəfindən erməni işğalçılarından azad edilməsi, Çanaqqala savaşında Türkiyənin istiqlaliyyəti uğrunda minlərlə azərbaycanlının iştirakı və şəhid olması Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “bir millətin iki dövləti” adlandırdığı Azərbaycan-Türkiyə dostluğu və qardaşlıq tarixinə yazılan şanlı səhifələrdəndir.  Bunları “TRT Türkü” radiosunda yayımlanan “Azerbaycan Rüzgarı” proqramında Türkiyənin Azərbaycan Səfirliyi nəzdində fəaliyyət göstərən Mədəniyyət Mərkəzinin direktoru S.Abbasov söyləyib. O deyib: “Ölkə başçımız, prezident İlham Əliyevin sərəncamı ilə Türkiyədə Azərbaycan səfirliyimizin nəzdində yeni yaradılan Mədəniyyət Mərkəzi qardaş ölkədə milli mədəniyyətimiz, tariximiz və dilimizin təbliği məqsədilə mühüm işlər həyata keçirməkdədir. Planlaşdırılan layihələr Azərbaycan-Türkiyə qardaşlığı, ölkələrimiz arasındakı mədəni əlaqələrin daha da gücləndirilməsi məqsədi daşıyır.

Türkiyənin paytaxtı Ankara ilə yanaşı, bölgələrdə keçirilən “Azərbaycan mədəniyyəti və sənəti günləri” çərçivəsində Mədəniyyət Mərkəzi Azərbaycanın qədim tarixi, zəngin mədəni və ədəbi irsini Türkiyədə tanıtmaqla yanaşı, mədəniyyətin bütün sahələrində ikitərəfli əməkdaşlıq, qurumlararası birgə layihələr reallaşdırmağı planlaşdırır”.

“Azerbaycan Rüzgarı” proqramına görə TRT rəhbərliyinə təşəkkürünü bildirən Samir Abbasovun iştirak etdiyi buraxılışda söhbət zamanı Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin əsərləri və xalq mahnıları da səsləndirilib.

Qeyd edək ki, “Azerbaycan Rüzgarı” həftənin bazar günü “TRT Türkü” radiosunda Türkiyə vaxtı ilə saat 23:30-da (Bakı vaxtilə 00:30) yayımlanır. Proqramın müəllifi və aparıcısı İstanbul Universitetinin aspirantı Səidə Ömərdir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90