image-2000x150
image-affa5backend

Bu klublar lisenziya aldı: Premyer Liqada iştirak edəcəklər

image-728x90

AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib.

İclasda 2023/2024-cü illər mövsümündə UEFA-nın klub yarışlarında və Azərbaycan Premyer Liqasında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.

UEFA-nın klub yarışlarında iştirak etmək üçün “Qarabağ”, “Sabah”, “Neftçi”, “Zirə” və “Qəbələ”yə lisenziya verilib. Əvəzində “Turan Tovuz” və “Səbail” eyni lisenziyanı ala bilməyiblər.

Premyer Liqada iştirak üçün isə “Turan Tovuz”, “Səbail”, “Sumqayıt”, “Kəpəz”, “Şamaxı” və I Diviziondan “Araz-Naxçıvan” ilə “Zaqatala” müvafiq lisenziyaya sahib çıxıblar.

Aşağı dəstənin digər təmsilçiləri olan “İmişli”, “Mingəçevir”, “MOİK” və “Qaradağ Lökbatan” müsbət cavab ala bilməyib.

Lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər.

Qeyd edək ki, “UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan futbol klublarının lisenziyalaşdırılması və maliyyə dayanıqlığı üzrə qaydalar” (Buraxılış 2022), 14-cü maddəsinə müvafiq olaraq, 2023-2024-cü il mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün Azərbaycan Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış hesab olunur.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90