Türkiyənin Bursa şəhərində bir ailə itən Pablo adlı itlərini tapan şəxsə pul mükafatı təklif edib.
Ulusal.az xəbər verir ki, itin sahibi Hakan Bilən Alman Spitz cinsi itlərini iyulun 24-də itirdiklərini bildirib.
O qeyd edib ki, 4 ildir onlarla birlikdə olan Pablonu tapan şəxsə 50 min lirə (təxminən 2 min manat) mükafat veriləcək:
“Pablonun fotosunu Bursanın müxtəlif yerlərinə asmışıq. Onu tapan və ya görənlərdən bizimlə əlaqə saxlaması xahiş olunur”.