image-rt-reklam
image-1backend

“Bu İlham Əliyevin beynəlxalq siyasi müstəvidə yeni uğurudur” – Fikrət Yusifov

image-728x90

“Son illiklər ərzində bəşəriyyətin qarşısında dayanan ən ciddi problemlərdən biri planetimizdə sürətlə baş verən iqlim dəyişikliyidir. Yer kürəsi mövcud olduğu müddətdə onda təbi iqlim dəyişiklikləri baş verir”.

Ulusal. az xəbər verir ki, bu fikirləri “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri Fikrət Yusifov səsləndirib. Onun sözlərinə görə, belə iqlim dəyişikliyi ilk növbədə, planetimizin orbitinin hər 93 min ildən bir “uzanması”, yer oxunun orbit müstəvisinə meyl bucağının hər 41 min ildən bir, onun fırlanma konusunun isə hər 26 min ildən bir dəyişməsi nəticəsində baş verir:

“Lakin alimlərin apardıqları araşdırmalar son on ildə qlobal istiləşmənin daha da sürətləndiyini müəyyən ediblər. Belə ki, XIX əsrin əvvəllərindən bu günə qədər Yerin orta temperaturu selsi üzrə 1,26 dərəcə artıb. Bunun 0,2 dərəcəsi isə son on ildə baş verib. Vəziyyət dəyişməsə, yaxın illərdə bəşəriyyət quraqlıq, içməli su qıtlığı, daşqınlar və digər ciddi təbi fəlakətlərlə üz-üzə qalacaqdır. Son illər dünyanın ayrı – ayrı yerlərində indiyə qədər bənzəri olmayan təbi fəlakətlər dediklərimizin sübutudur. Belə ki, 2021-ci ildə baş vermis quraqlıqdan Cənubi Amerika ölkələrində, Kanada, ABŞ-ın qərbində, İran, Əfqanıstan, Pakistan və Türkiyəyədə insanlar çox əziyyət çəkdilər. 2022-ci il iyulun ortalarında Qərbi Avropa tarixin ən pis daşqınlarından biri ilə üzləşdi. Bu daşqınlar nəticəsində çoxsaylı itkilər oldu və təkcə Almaniyada iqtisadi itkilər 20 milyard dolları keçdi. Son 4 ildə Efiopiya, Keniya və Somali kimi Afrika ölkələrində normal yağışlar yağmır, 2022-ci ilin yayında ABŞ-n Kaliforniya ştatının Ölüm Vadisində 54,4 dərəcə, Kanadanın Britaniya Kolumbiyası əyalətində 49,6, Siciliyada 48,8 dərəcə istilik qeydə alınmışdı”.

Fikrət Yusifov deyib ki, yer kürəsində iqlimin dəyişikliyinin belə sürətlə baş verməsinin başlıca səbəbi son onilliklər ərzində atmosferə buraxılan istixana qazlarının həcminin sürətlə artmasıdır:

“Elə bu səbəbdən də ekoloqlar 1975-ci ildən etibarən Planetdə Qlobal istiləşmə ilə bağlı kifayət qədər fəalllıq nümayiş etdirirlər. Onların səyi nəticəsində ölkələrin iqlim dəyişikliyi ilə bağlı işini tənzimləyən ilk sənəd – BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ildə qəbul edildi. Bundan sonra 1997-ci ildə istixana qazlarının azaldılması və ya sabitləşdirilməsini tələb edən Kioto Protokolu qəbul olundu. 2015-ci ildə isə 200-ə yaxın ölkə Paris İqlim Sazişini imzaladı. Paris İqlim sazişinin əsas hədəfləri 2100-cü ilə qədər planetdə orta temperaturun sənayeləşmədən əvvəlki səviyyədən 2°C-dən çox artmasının qarşısını almaq və qlobal istiləşməni 1,5°C-də saxlamaqdan ibarətdir”.

Təşkilat sədrinin sözlərinə görə, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycanda keçirilməsi ölkəmiz üçün olduqca əlamətdar bir hadisə olacaq:

“Azərbaycan artıq çoxdandır belə beynəlxalq tədbirlərin keçirildiyi əlverişli bir məkana çevrilib. Bütün dünyanı ciddi şəkildə rahatsız edən iqlim dəyişikliyi problemlərinin həlli yollarının Azərbaycanda müzakirəsi isə bizə beynəlxalq aləmdə daha çox siyasi dividendlər gətirəcəkdir.
2024-cü il COP29-a ev sahibliyi etmək seçimi edilərkən Bolqarstanla yanaşı Ermənistanın da öz namizədliyini Azərbaycanın xeyrinə geri çəkməsi iki ölkə arasında sağlam dialoqun mümkünlüyünü göstərən bir hərəkətdir. Ermənistanın belə bir addımı o deməkdir ki, yaxın gələcəkdə iki ölkə heç bir tərəfin vasitəçiliyi olmadan sülh müqaviləsi ilə bağlı bütün məsələləri öz aralarında həll edə bilərlər”.

Fikrət Yusifov, “Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi Prezident İlham Əliyevin beynəlxalq siyasi müstəvidə yeni uğurudur. Bu eyni zamanda son vaxtlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi Qərb dairələrinə tutarlı cavabdır”, -deyə vurğulayıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90