Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy Antalya Mədəniyyət Yolu Festivalı üçün getdiyi şəhərdə 9 aylıq məlumatlara görə, Türkiyə daxilində turizmdə 42 milyard dollarlıq rəqəmə çatıldığını, irəliləyiş əldə edildiyini və il sonuna qədər hədəfin 55,6 milyard dollar gəlir olduğunu deyib.
Ulusal.az xəbər verir ki, nazir çıxışında bildirib.: “Antalyaya gələn turistlərin sayı 2023-cü ilin başından 4 noyabra qədər 15 milyonu keçdi. Həm gəlir, həm də turistlərin sayı pandemiyadan əvvəl turizmin pik həddə olduğu 2019-cu ildən yuxarı oldu. Bu, çox sevindirici bir haldır. Sektoru daha da gücləndirmək üçün 2019-cu ildə Türkiyə Turizm Tanıtma və İnkişaf Agentliyini qurmuşduq. Agentliyin əsas vəzifəsi sektor və dövlətlə birlikdə turizmlə bağlı problemləri həll etməkdir. Biz bunu uğurla yerinə yetiririk. Hazırda 200-dən çox ölkədə intensiv və effektiv tanıtma proqramları həyata keçiririk. Çox qısa müddətdə dünyada turizmlə bağlı ən intensiv və effektiv tanıtma edən ölkəyə çevrilmişik. Bunun nəticəsini artıq turistlərin sayında və gəlirlərdə görürük”.