“Azərbaycan Pakistan münasibətləri orta əsrlərdən mövcuddur. Bu iki xalqı birləşdirən dəyərlər var. Son 30 ildə Azərbaycan müstəqillik qazandıqdan sonra bu münasibətlər daha da inkişaf edib.”- bu fikirləri Azərbaycan Televiziyasının efirində fəlsəfə doktoru Cavanşir Feyziyev bildirib.
Cavanşir Feyziyev qeyd edib ki, Pakistan bu gün dünyanın ən böyük ölkələrindən biridir.
“Pakistan dünyanın 9 nüvə dövlətindən biridir. Azərbaycanın Pakistanla strateji tərəfdaşlığı çox önəmlidir.” – deyə Cavanşir Feyziyev bildirib.
Daha ətraflı videomaterialda: