image-rt-reklam
image-3backend

“Bu iki qardaş ölkənin birliyinin nümünəsidir”- Ekspert

image-728x90

Azərbaycan və Türkiyə möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. Bu səmimi əlaqələr iki ölkənin siyasi, iqtisadi, hərbi və humanitar sahələrdə sıx əməkdaşlığı ilə yanaşı, ortaq mədəni dəyərlərin qorunması və inkişaf etdirilməsi istiqamətində də özünü göstərir.

“Türkiyədə yanğın, zəlzələ olanda ilk köməyə çatan ölkəmiz olur. Eləcə də qardaş Türkiyə bizim dar günümüzdə də, şad günümüzdə də yanımızda olur. Bu qardaşlığın təcəssümüdür. 2023-cü ilin fevralında Türkiyənin cənub-şərqində baş verən və “əsrin faciəsi” adlandırılan dəhşətli zəlzələdən dərhal sonra Azərbaycan dövləti və xalqı qardaş ölkənin yanında oldu. “- bu fikirləri iqtisadçı ekspert Arzuman Muradlı bildirib.

Ekspert qeyd edib ki, Prezident İlham Əliyevin xüsusi tapşırığı ilə Azərbaycanın qardaş ölkəyə uzunmüddətli dəstəyi üçün Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin inşasına start verildi. “Məhəllənin tikintisinə 100 milyon ABŞ dolları (170 milyon AZN) vəsait ayrıldı və tikinti işləri Azərbaycanın Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən həyata keçirildi. 27,6 hektarlıq ərazini əhatə edən məhəllədə 1194 mənzildən ibarət 68 yaşayış binası, Heydər Əliyev adına ibtidai məktəb, uşaq bağçası, mədəniyyət mərkəzi və digər sosial obyektlər inşa olunub. Həmçinin burada məskunlaşacaq ailələr üçün 1595 ticarət obyekti də yaradılıb. Kahramanmaraşda ucaldılan Azərbaycan-Türkiyə dostluq abidəsi isə bu sarsılmaz qardaşlığın rəmzinə çevrilib.”- deyə Arzuman Muradlı bildirib.

“Bu qardaşlıq Azərbaycan ilə Türkiyəni təkcə regionda deyil, bütün dünyada nümunəvi dövlətlərdən birinə çevirib. Həyata keçirilən iri enerji və infrastruktur layihələri – xüsusilə Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu layihələri Azərbaycanın Avropaya enerji ixracını təmin etməklə yanaşı, Türkiyəni də regionda mühüm enerji tranzit mərkəzinə çevirib. Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) isə Azərbaycanın təbii qazını Türkiyə vasitəsilə Avropaya çatdırmaqla Cənubi Qafqazı Avropa enerji bazarına birləşdirən əsas dəhlizə çevrilib. Cari il martın 5-də İğdır-Naxçıvan qaz kəmərinin istismara verilməsi iki qardaş ölkənin həmrəyliyinin və ortaq enerji siyasətinin növbəti təntənəsidir. Uzun illər Ermənistanın blokadada saxladığı Naxçıvan Muxtar Respublikası üçün bu kəmər həyati əhəmiyyət daşıyır. Bu əməkdaşlıq hər iki ölkənin iqtisadi dayanıqlığını və regional mövqeyini gücləndirib. Onu da qeyd edək ki, 2023-cü ilin göstəricilərinə əsasən, iki ölkə arasında ticarət dövriyyəsi 8 milyard ABŞ dollarına çatıb və bu rəqəmin hər il artması tendensiyası davam edir. Azərbaycanın qardaş ölkənin iqtisadiyyatına yatırdığı sərmayələrin həcmi artıq 20 milyard dolları ötüb və yaxın illərdə bu rəqəmin daha da yüksələcəyi proqnozlaşdırılır.”- deyə Arzuman Muradlı əlavə edib.

Ekspert qeyd edib ki, iqtisadi əməkdaşlıqla yanaşı Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq da var.

“Dörd il öncə – 2021-ci ilin 15 iyununda iki qardaş ölkənin dövlət rəhbərləri – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşada imzaladıqları müttəfiqlik münasibətləri haqqında Bəyannaməni isə iki dövlət arasında bütün sahələrdə inteqrasiyanın nümunəsi kimi dəyərləndirmək olar. Şübhəsiz, iki dövlət arasındakı bu sıx əlaqələr bütövlükdə Türk dünyasının güclənməsinə, onun söz sahibi olmasında da öz töhfəsini verməkdədir. Belə ki, hər iki ölkə Türk dünyasında siyasi, iqtisadi və mədəni əməkdaşlığın dərinləşməsində əsas aparıcı qüvvə kimi çıxış edir. 2009-cu ildə təsis edilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (bugünkü Türk Dövlətləri Təşkilatı – TDT) bu əməkdaşlığın daha da inkişaf etməsi və birliyin möhkəmlənməsi üçün mühüm platforma rolunu oynayır. Yeri gəlmişkən qeyd edək ki, Prezident İlham Əliyevin 2024-cü ilin fevral ayında keçirilən andiçmə mərasimində demişdir: “Bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”. Bu yanaşma Azərbaycanın beynəlxalq siyasətində Türk dünyasının prioritet statusunu bir daha təsdiqləyir.”- deyə ekspert bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90