Rusiya ilə Amerika Birləşmiş Ştatları arasında danışıqlar prosesinə başlamazdan əvvəl ilk növbədə iki ölkə arasında dialoq qurmaq lazımdır.
Ulusal.az xəbər verir ki, bunu İsrail xüsusi xidmət orqanının keçmiş rəhbəri, politoloq Yakov Kedmi bildirib.
“Danışıqlar prosesinə keçdikləri an tərəflər həll yollarını axtarmağa başlayır. Hazırda vəziyyət ABŞ və Rusiya Federasiyası arasında dialoq astanasındadır”, – Kedmi qeyd edib.