image-rt-reklam
image-1backend

Bu içkilərdən uzaq durun – DAHA BİR ARAŞDIRMA

image-728x90

Alimlər şəkərlə zənginləşdirilmiş içkilərin qlobal miqyasda bəşəriyyətə nə kimi zərər verdiyini müəyyən ediblər.

Araşdırmalar zamanı məlum olub ki, şəkərli içkilər səbəbindən şəkərli diabet və ürək-damar sistemi xəstəliklərinə tutulma halları artır və bu xəstəliklərdən ölüm halları çoxalır.

240 millilitr içkidə 50 kilokalori şəkər olan içkilər şəkərlə şirinləşdirilmiş içkilər hesab edilir. İstisnalar şirinləşdirilmiş süd, 100% meyvə və tərəvəz şirələri, həmçinin kalorisi olmayan şəkər əvəzedici içkilərdir.

Araşdırmalara görə, şəkərlə şirinləşdirilmiş içkilər nəticəsində ürək xəstəliyi olanların sayı 1,2 milyon, 2-ci tip şəkərli diabet xəstələrinin sayı isə 2,2 milyon nəfər artır. Bundan əlavə, hər il 80 000 şəkərli diabet xəstəsi və 258 000 ürək-damar xəstəliyindən əziyyət çəkən insan bu növ içkilərə görə dünyasını dəyişir.

Eyni zamanda, Latın Amerikasında yeni diabet hallarının 50-100 faizinin məhz bu kateqoriyadan olan içkilər səbəb olduğu ölkələr var. (Sfera.az)

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90