image-rt-reklam
image-1backend

Bu günün Anım Günü kimi qeyd edilməsi şəhidlərimizə olan yüksək ehtiramın göstəricisidir

image-728x90
“Bu günkü tarixin Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamı əsasında Anım Günü kimi qeyd edilməsi torpaqlarımızın qorunması və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizə olan yüksək ehtiramın göstəricisidir”.

Ulusal.az xəbər verir ki, bu fikirləri “Aztəminatlı Ailələrə Sosial-Psixoloji Dəstək” İctimai Birliyinin sədri Susana Məmmədova səsləndirib. İctimai Birlik sədri deyib ki, məhz şəhidlərimizin qanı, canı bahasına 30 ildən artıq işğal altında olan torpaqlarımızın dörd əvvəl, elə bu günlərdə azad olunmasına başlanıldı:

“2020-ci il, sentyabr ayının 27-də öz təcavüzkar siyasətini davam etdirərək yeni ərazilər işğal etmək niyyəti ilə hücuma keçən Ermənistan bu dəfə güclü Azərbaycan Ordusu, Müzəffər Ali Baş Komandan və qəhrəman Azərbaycan xalqı qarşısında duruş gətirə bilmədi:

“Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əkshücum əməliyyatına başlayan Azərbaycan Ordusu tarixdə nadir hallarda rast gəlinən hərbi uğura, Zəfərə imza atdı. Beləliklə, cəmi 44 gün ərzində 30 ilə yaxın işğal altında olan torpaqlarımız erməni işğalından xilas edildi”.

Susana Məmmədova deyib ki, İkinci Qarabağ Müharibəsindən sonra Qarabağda kök salmış separatçı ünsürlərə qarşı həyata keçirilən antiterror tədbirləri ilə ərazi bütövlüyümüz tam bərpa edildi, Xankəndi başda olmaqla ərazilərimizin hər bir nöqtəsində Azərbaycan bayrağı dalğalandı:

“Bütün bunlara heç şübhəsiz ki, Müzəffər Ali Baş Komandan və onun müdrik siyasəti, eləcə də qəhrəman oğullarımızın misilsiz şücaətləri nəticəsində nail olduq”.

İctimai Birlik sədri, “Anım günündə torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidləri ehtiramla yad edir, onlara rəhmət diləyir, qazilərimizə isə Allahdan şəfa arzulayırıq”,-deyə bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90