image-2000x150
image-downloadbackend

Bu gün Xocalı qurbanlarının ruhu şaddır

image-728x90
İyirminci əsrin sonlarında erməni faşistlərinin insanlıq əleyhinə törətdiyi Xocalı qətliamından 31 il ötür. 1992-ci ilə qədər Xocalı, Azərbaycanın Qarabağ bölgəsində yerləşən çoxsaylı yaşayış məskənlərindən biri idi və demək olar ki, o zaman Azərbaycan daxilində belə kifayət qədər tanınmırdı. Xankəndinin 10 km. yaxınlığında, Ağdam-Şuşa, Əsgəran-Xankəndi yolunun üstündə yerləşməsi, Qarabağda yeganə aeroportun Xocalıda yerləşməsi, onun strateji əhəmiyyətini artırırdı.
Fevral ayının 25-dən 26-a keçən gecə, Ermənistan silahlı qüvvələri və Xankəndində dislokasiya olunmuş, keçmiş SSRİ-dən qalmış, şəxsi heyətin əksəriyyətinin ermənilər təşkil etdiyi 366-cı alayın dəstəyi ilə müdafiəsiz qalmış Xocalıya hücum həyata keçirildi. Şəhər tamamilə yandırıldı. Dinc əhali hərbçilər tərəfindən güllələndi. 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, yaşlı insanlar qətlə yetirildi. 1275 nəfər əsir düşdü. O dövrün valyutası ilə milyardlarla rubl dövlət əmlakına ziyan dəydi.
Xocalı faciəsindən danışdıqda, mütləq onu yaradan səbəbləri və günahkarları qeyd etmək lazımdır. Əsas cinayəti-soyqırımı törədənlər; sonralar Ermənistan prezidentləri olmuş Robert Koçaryan, Serjik Sarkisyan, yazıçıdan daha çox uşaq qatili kimi məşhurlaşmış Zori Balayan, Seyran Ohanyan, Vitali Balasanyan və digər çoxsaylı əlləri uşaq, körpə qanına batmış Yanlar. Yüz illlər keçsə də, nə tarix, nə də ki, Allah o cəlladların etdiklərini heç zaman bağışlamayacaqdır.
Qarabağda separatçıların aktiv fazaya keçidi, Heydər Əliyevin Sovet İttifaqı kommunist partiyasının siyasi büro üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini vəzifəsindən istefa verdiyindən dərhal sonra başladı. Nə qədərki, Heydər Əliyev vəzifədə idi, ermənilərin səsi çıxmırdı. Bir tərəfdən SSRİ rəhbəri Mixail Qorbaçovun ermənipərəst mövqeyi,digər tərəfdən Xocalının, ümumiyyətlə Qarabağın müdafiəsini təşkil etmək əvəzinə Moskvanın göstərişlərini kor-təbii icra edən Azərbaycan siyasi hakimiyyəti və bütün mümkün vasitələrdən istifadə etməklə, hakimiyyətə can atan Xalq Cəbhəsinin qüvvələri. Məhz, özlərini siyasət dahiləri hesab edən populistlərin kreslo davası, dövlət idarəetmə sistemini iflic vəziyyətinə salmışdı. Kimin hansı məssəbə, hansı xarici qüvvələrə qulluq etdiyini müəyyənləşdirmək çətin idi. Kommunist partiyasına, sovet rejiminin qərəzli münasibətinə etiraz edən yüz minlərlə soydaşımız qaragüruhun ətrafına toplaşmışdı. Bütün bunlar xaricdən dəstəklənən və 1988- ci ildə Ermənistanda baş vermiş zəlzələdən istifadə etməklə, xeyli silah-sursat əldə etmiş erməni separatçılarının əl-qolunu açdı. Yardım adı altında ASALA terror təşkilatının üzvləri Ermənistana, daha sonra Qarabağa göndərildi. Onların arasında xüsusi qəddarlığı ilə seçilən Monte Melkonyan və digər erməni cəlladları Azərbaycan xalqına yaxşı tanışdır.
Hər il fevral ayının 26-sı Azərbaycan xalqı, dünya azərbaycanlıları Xocalı soyqırımını qeyd edir. Soyqırımı törədənlər, erməni faşizminin mahiyyəti, xisləti dünya ictimaiyyətinəçatdırılır. Azərbaycan Dövlətinin apardığı məqsədyönlü siyasət nəticəsində 10 ölkə, ABŞ-n 25 ştatı Xocalı Soyqırımını rəsmən tanımışdır. Xüsusilə, “Heydər Əliyev” fondunun vitse-prezidenti Leyla Əliyevanın başlatdığı, “Xocalıya ədalət” kompaniyası müsbət nəticələr verir. Hesab edirəm ki, bu istiqamətdə təbliğat daim aparılmalı, ermənilərin saxta ,,soyqırım,, iddialarına qarşı ən yeni tarixdə törətdikləri əsil soyqırım faktları ilə cavab verilməlidir.
Tarixdən düzgün nəticə çıxarılmalıdır. 44 günlük müharibədə aldıqları zərbədən düzgün nəticə çıxarmayan Ermənistan, düşmənçiliyini davam etdirir, revanş hissi ilə yaşayır. Dünyada, o cümlədən regionda olduqca mürəkkəb geosiyasj proseslər gedir.Ən böyük vəzifəmiz, yaranmış ictimai-siyasi sabitliyi qoruyub saxlamaq, Prezident İlham Əliyevin ətrafında sıx birləşməklə, düşmənlərə milli birliyimizi sarsıtmağa imkan verməməkdir.
Bu gün Xocalı qurbanlarının ruhu şaddır. Torpaqlarımız işğaldan azad olunmuş, dünya erməniliyinə sağalmaz zərbə vurulmuşdur.
Allah cəmi şəhidlərə rəhmət eləsin!
Nəsib Məhəməliyev
Millət vəkili
image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90