image-2000x150
image-1678795324_1678097174_1backend

Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 70 avtomobili maneəsiz KEÇİB

image-728x90

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 6 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

Ulusal.az xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, 2 minik və 2 yük avtomobili Laçından Xankəndi istiqamətinə, 1 yük və 1 minik avtomobili isə Xankəndidən Laçın istiqamətinə maneəsiz hərəkət edib.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 70-ə çatıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90