image-2000x150
image-iqbal-memmedov-teptezebackend

Bu gün hər bir azərbaycanlı, millətini, dövlətini sevən hər bir şəxs ikiqat bayram sevinci yaşayır

image-728x90
“Azərbaycan Xalq Cümhuriyyətinin 105-ci ildönümünü qeyd etdiyimiz bir gündə daha bir tarixi ana, dövlətimiz, xalqımız üçün mühüm əhəmiyyət kəsb edən hadisəyə şahidlik edirik. 31 illik fasilədən sonra laçınlılar öz doğma torpaqlarına, Laçına qayıdırlar. Bu gün deyərdim ki, hər bir azərbaycanlı, millətini, dövlətini sevən hər bir şəxs ikiqat bayram sevinci yaşayır”.
Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İqbal Məmmədov səsləndirib. Millət vəkili qeyd edib ki, bu günü əlamətdar edən, tarixiləşdirən məqam həm də Laçına qayıdışın Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin bilavasitə iştirakı ilə baş tutmasıdır:

“Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin də qeyd etdiyi kimi bu günkü tarix həm də rəmzi məna daşıyır. Çünki Laçın 31 il əvvəl məhz may ayında ermənilər tərəfindən işğala məruz qalmışdı. Laçınlılar öz doğma torpaqlarından, dədə-baba yurdlarından may ayında didərgin salınmış, qovulmuşdu. İndi də laçınlılar məhz may ayında öz doğma yurdlarına qayıdırlar”.

İqbal Məmmədov Laçının işğaldan azad edildiyi ötən müddət ərzində burada geniş miqyaslı quruculuq abadlıq işlərinin həyata keçirildiyini də vurğulayıb. Deputat qeyd edib ki, işğaldan azad edilən hər bir şəhər və rayon kimi Laşın da geniş tikinti meydançasını xatırladır:

“Bütün bunlar bir daha onu deməyə əsas verir ki, dövlət başçımızın qeyd etdiyi kimi Azərbaycan qarşısına qoyduğu bütün vəzifələri icra etməyə, reallaşdırmağa qadirdir. Bu isə Qarabağa Böyük Qayıdışın nəzərdə tutulduğundan daha tez baş tutacağı əminliyi yaradır”.

Sonda millət vəkili 28 may Respublika Günü və laçınlıların öz doğma torpaqlarına qayıtması münasibətilə başda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev olmaqla bütün Azərbaycan xalqını təbrik edib, bu kimi əlamətdar hadisələrin davamlı olacağına əminlik ifadə edib:

“Üçrəngli bayrağımız daim Qarabağımızda dalğalanacaq və bizlərə qürur verəcək. Bu qürur, fərəh hissi ilə bizlər də neçə-neçə belə əlamətdar hadisələr, bayramlar qeyd edəcəyik. Bütün Azərbaycan xalqının bayramı mübarək olsun!”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90