image-2000x150
image-1backend

“Bu gün Ermənistan qlobal güclərin əlində alət rolunu oynayır” – DEPUTAT

image-728x90

Ermənistan silahlı qüvvələrinin bölmələri Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutub. ABŞ-Avropa İttifaqı və Ermənistanın iştirakı ilə aprelin 5-i Brüsseldə keçiriləcək konfrans öncəsi Naxçıvan istiqamətində ermənilər tərəfindən təxribatın törədilməsi bir çox ehtimalların ortaya çıxmasına səbəb olub. Xüsusilə də aprelin 5-dən sonra Azərbaycan-Ermənistan arasında hərbi əməliyyatların yenidən başlanılma ehtimalını. Aprelin 5-dən sonra a Azərbaycan-Ermənistan arasında hərbi əməliyyatların yenidən başlaya bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib ki, erməni silahlı qüvvələrinin Naxçıvan istiqamətində atəşkəsi pozması, təxribatdır:

“Ermənilərin bu təxribatı törətməsində əsas məqsəd 5 aprel tarixində Brüsseldə keçiriləcək konfrans öncəsi beynəlxalq birliyin diqqətini Azərbaycan əleyhinə yönəltməkdir. Nə qədər ki, Ermənistan sülh müqaviləsinin imzalanmasını ləngidir və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir hesab edirəm ki, bu təxribatlar davam edəcək. Hətta, hadisələr idarə olunmaz xarakter ala bilər. Regionda geosiyasi maraqlar uğrunda ciddi proseslər müşahidə olunur. Ermənistan isə tarixdən düzgün nəticə çıxarmır və qlobal güclərin əlində alət rolunu oynamaqda davam edir. Bu kifayət qədər təhlükəli haldır və bölgədə gərginliyin artacağından xəbər verir. Azərbaycan tərəfinin atacağı addımlara gəldikdə isə, situasiyaya uyğun həm masada, həm də meydanda adekvat tədbirlər görəcək”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90