image-rt-reklam
image-1backend

“Bu gün Cümhuriyyət qurucularının da Ulu Öndər Heydər Əliyevin də ruhları şaddır”

image-728x90

 Dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının böyük qürur hissi ilə fəxr etdiyi, 1918-ci il, 28 may “İstiqlal Bəyannaməsinin”elan olunmasından 107 il ötür.

Cəmi 6 bənddən ibarət “İstiqlal Bəyannaməsinin” elan olunmasi ilə, Müsəlman Sərqində ilk Demokratik Cümhuriyyətin qurulmasi və bu günki güclü, müasir, dünya miqyasinda özünəməxsus yeri ilə seçilən Azərbaycan dövlətinin əsası qoyulmus oldu. Tarixin obyektiv gerçəklikləri nəticəsində, AXC 23 ay yasamasina baxmayaraq, bir çox dövlət atributlarini özündə əks etdirən, o dövrün inkisaf etmis ölkələrinə belə nümunə ola biləcək demokratik dövlətçilik prinsiplərini tətbiq etdi.

70 illik Sovet İttifaqının tərkibində öz identikliyini qoruyub saxlamağı bacaran 2-ci Respublika 20-ci əsrin sonunda ərazisinin 20%-ni itirsədə, 44 günlük Vətən müharibəsində, Müzəffər Ali Bas Komandan Ilham Əliyevin rəhbərliyi ilə Qəhrəman Ordumuz tərəfindən azad edildi. Tam əminliklə demək olar ki, bu gün Cümhuriyyət qurucularının, Ulu Öndər Heydər Əliyevin ruhları şaddır. 21-ci əsrdə regionun inkisaf etmis, güclü dövləti, 3-cü Respublika öz suveren ərazilərini bərpa etməklə, xalqın sınmış qürurunu özünə qaytardı. Bununla da hər birimiz üçün əziz olan “Azərbaycan” sözünü, dünya hərb tarixinin ən şərəfli səhifələrinə qızıl hərflərlə yazmisdir.

Düşünürəm ki, 30 ilin məhrumiyyətlərindən, tarixin ironiyasi ilə bir çox dünya güclərinin dəstəklədiyi, erməni kimi cılız düsmən iflasa uğrayandan sonra, qələbə hissi ilə yaşamaq, bayramlari qeyd etmək, Tanrının bizə bəxş etdiyi ən böyük xoşbəxtlikdir.

Nəsib Məhəməliyev

Milli Məclisin deputatı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90