image-2000x150
image-1backend

Bu gün biz Novruz bayramını işğaldan azad edilmiş ərazilərimizdə qeyd edirik

image-728x90

Xalqımızın ən qədim bayramlarından biri olan Novruz xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran el bayramıdır. Bahar bayramının bu gün ölkəmizdə ümumxalq bayram kimi qeyd edilməsi dövlət müstəqilliyimizin nailiyyətlərindəndir. Milli adət-ənənələrimizə, o cümlədən Novruz bayramına yüksək qiymət verən Ulu Öndər Heydər Əliyev bu bayram haqqında demişdir: “Novruz xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu bayramlardan biridir. Bu ulu bayramın müstəqil respublikamızda dövlət səviyyəsində qeyd edilməsi öz milli köklərimizə, adət-ənənələrimizə, tarixi keçmişimizə dərin ehtiram bəslədiyimizi və sarsılmaz tellərlə bağlı olduğumuzu nümayiş etdirir”. Ulu Öndər Heydər Əliyev məcburu köçkünlərlə görüşündə demişdi: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.”
2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və bu gün biz artıq Novruz bayramını həmin ərazilərdə qeyd edirik. Bununla da, cənab Prezidentimiz həm Ümummilli Liderin vəsiyyətini, həm də Azərbaycan xalqının arzularını reallaşdırdı.
Novruz bayramı hər il ölkəmizdə xüsusi coşqu ilə keçirilir. Artıq dördüncü ildir ki, Azərbaycan xalqı Novruz bayramını böyük ruh yüksəkliyi ilə qeyd edir. ölkə başçısı dördüncü ildir ki, bayram tonqalını işğaldan azad edilmiş Qarabağ torpağında qalayır. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalandı. Ötən ilin sentyabrında cəmi bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində Azərbaycan öz suverenliyimizi tam bərpa etdi və bu gün ölkəmizin ərazi bütövlüyü tamamilə təmin edilmişdir.
Mart ayının 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb. Bu çox böyük və əlamətdar hadisədir. 30 ildən çox bir müddətdən sonra Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, Xankəndi, Xocalı və digər işğal altında olmuz şəhərlərimizdə Azərbaycanın üçrəngli bayrağı dalğalandırıldı. Bu da ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun böyük dərəcədə artmasına səbəb oldu.
Ölkə başçısı Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edərək bildirdi ki, iyirmi il ölkəmiz torpaqlarımızın azad olunmasına hazırlaşmışdır. Bir çox istiqamətlər üzrə planlı şəkildə işlər gedib. Siyasi müstəvidə dünyada Azərbaycanın mövqeləri möhkəmləndi, dostlarımızın sayı böyük dərəcədə artmışdır. Beynəlxalq təşkilatlar bizim təşəbbüsümüzlə münaqişə ilə bağlı bizim mövqeyimizi dəstəkləyən və beynəlxalq hüquqa əsaslanan qərar və qətnamələr qəbul etmişlər və bu münaqişənin həlli üçün hüquqi və siyasi zəmin yaratmışdır. Cənab Prezident vurğuladı ki, “Biz iqtisadi inkişafa nail olduq, iqtisadi müstəqilliyə nail olduq və bu gün heç kimdən iqtisadi cəhətdən və təbii ki, siyasi cəhətdən asılı deyilik. Güclü iqtisadiyyat bizə imkan verdi ki, siyasi müstəvidə öz siyasətimizi müstəqil şəkildə aparaq. Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, onun siyasəti tamamilə müstəqildir, ancaq və ancaq Azərbaycan xalqının maraqlarına, iradəsinə əsaslanır”.

Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90