image-rt-reklam
image-1backend

“Bu gün Azərbaycan və Ermənistan üçün tarixi  bir gün olacaq ” – Tramp

image-728x90

Ulusal.az xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Ağ Evə səfəri zamanı sülh sazişi imzalayacaqlarını ABŞ prezidenti Donald Tramp Truth sosial şəbəkəsində bildirib.

“Prezident Əliyev və baş nazir Paşinyan Ağ Evdə sülh sazişinin rəsmi imzalanma mərasimində mənimlə birlikdə olacaqlar”, – Tramp yazıb.

ABŞ prezidenti Azərbaycan prezidenti İlham Əliyevi və Ermənistanın baş naziri Nikol Paşinyanı Ağ Evdə qəbul etməyi səbirsizliklə gözlədiyini bildirib. “Bu iki xalq uzun müddətdir ki, müharibə aparır, nəticədə minlərlə insan həlak olub. Bir çox liderlər müharibəni bitirməyə çalışsalar da, heç bir nəticəsi olmayıb”.

Onun sözlərinə görə, ABŞ administrasiyası hər iki tərəflə çox uzun müddətdir əlaqə saxlayır. Tramp əlavə edib ki, Birləşmiş Ştatlar hər iki ölkə ilə birgə iqtisadi inkişaf üçün ikitərəfli sazişlər imzalayacaq ki, “biz Cənubi Qafqazın potensialını tam reallaşdıra bilək”.

“Mən Ermənistan və Azərbaycanın böyük xalqları üçün düzgün işlər görən bu cəsarətli liderlərlə fəxr edirəm. Bu, Ermənistan, Azərbaycan, ABŞ və BÜTÜN DÜNYA üçün tarixi bir gün olacaq”, – Tramp deyib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90