image-rt-reklam
image-1backend

Bu görüş baş tuta bilər: Yaşar Gülər açıqladı

image-728x90

Suriya və Türkiyənin müdafiə nazirləri ikitərəfli münasibətlərin normallaşdırılması prosesi çərçivəsində görüşə bilərlər.

Ulusal.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə naziri Yaşar Gülər “​​Reuters” agentliyinə deyib: “Türkiyə və Suriya uyğun şərait yaradılarsa, aralarındakı münasibətləri normallaşdırmaq səyləri çərçivəsində nazirlər səviyyəsində görüş keçirə bilər”.

Türkiyə və Suriya müdafiə nazirləri arasında 2011-ci ildən bəri ilk danışıqlar 2022-ci ilin dekabrında Rusiyanın vasitəçiliyi ilə Moskvada baş tutub.

Yada salaq ki, iyunun sonunda Türkiyə prezidenti Dəməşqlə 2012-ci ildə kəsilmiş diplomatik münasibətləri bərpa etməyə hazır olduğunu bəyan edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90