image-rt-reklam
image-kalp-yetmezligi-a9a8df16e855092add9f15e6dbd96d35backend

Bu gənclər ehtiyatlı olsun: Ürəyiniz sizə də “xəyanət” edə bilər

image-728x90

Qəfil ürək dayanması yalnız ciddi ürək xəstəlikləri olan xəstələrdə baş verə bilməz. Terapevt və baş həkim Maksim Maskinin sözlərinə görə, əvvəllər səhhətindən şikayət etməyən və zahirən kifayət qədər sağlam görünən insanlarda da ürək qəfil dayana bilir.

Ulusal.az xəbər verir ki, həkim bu barədə Gazeta.ru-ya danışıb, o, həmçinin buna nə səbəb olan amilləri və kimlərin risk altında olduğunu açıqlayıb.

Həkimin fikrincə, qəfil ürək ölümü ürək patologiyalarından yarana bilər. Ürək dayanması, miokard infarktı keçirmiş və şəkərli diabetdən əziyyət çəkənlər yüksək risk altındadırlar, lakin 85% hallarda qəfil ürək ölümü mədəcik aritmiyaları səbəbindən baş verir.

“Daha az dərəcədə arterial hipertenziya, sol mədəciyin miokardının hipertrofiyası və ya ürək divarının qalınlaşması, şəkərli diabet, qanda xolesterinin yüksək olması da qəfil ürək ölümlərinə səbəb ola bilər. Siqaret çəkənlərdə və artıq çəkidən əziyyət çəkən xəstələrdə də qəfil ürək ölümləri riski çox yüksəkdir.

Qəfil ürək ölümlərinin başqa bir səbəbi piruet taxikardiyadır. Hücumların xaricində, özünü göstərmir, lakin EKQ-də diaqnoz qoyula bilər. Həmçinin bəzən ürək ölümü döş qəfəsinə güclü zərbədən sonra, məsələn, döyüş, idman, beysbol və ya xokkey oynayarkən ba. verə bilər. Və buna hər yaşda rat gəlmək mümkündür. Kişi ölümlərinin sayı qadınlardan iki dəfə çoxdur. Bir insanı xilas etmək şansı isə çox azdır, söhbət dəqiqələrdən gedir. Odur ki, bir insan qəfil huşunu itirərsə, başgicəllənmə olarsa və ya qan təzyiqi kəskin şəkildə aşağı düşərsə, mütləq kardioloqa müraciət etməlisiniz. Həkim ani ürək ölümü riskini azaltmaq üçün tövsiyələr verəcək”, – o bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90