image-rt-reklam
image-1backend

Bu gecə “El-Klasiko” var

image-728x90

Bu gecə İspaniya Kral Kubokunun final oyununda “El-Klasiko” baş tutacaq.

Ulusal.az  xəbər verir ki, əzəli rəqiblər “Barselona” və “Real Madrid” üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da, Sevilyada start götürəcək.

Bu, “Barselona” və “Real” arasında bu mövsüm üçüncü “El-Klasiko” olacaq. Kataloniyalılar əvvəlki iki qarşılaşmada qalib gəlib. Madrid klubu rəqibinə ötən ilin oktyabrında La Liqada 4:0, yanvarda keçirilən İspaniya Superkubokunun finalında isə 5:2 hesabı ilə məğlub olub.

Ümumilikdə İspaniyanın iki nəhəng klubu 259 matçda qarşılaşıb, “Real” 106, “Barselona” 102 dəfə meydandan qalib ayrılıb, 51 dəfə isə heç-heçə ediblər.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90