image-rt-reklam
image-2backend

“Bu Fransa və Ermənistanın psixaloji məğlubiyyətidir”- Arzuman Muradlı

image-728x90

“Ermənistanın iki aydır Laçın sərhəd-buraxılış məntəqəsi istiqamətində gözləyən və “Spayka” şirkətinə məxsus 22 maşının geri qayıtması psixoloji mübarizənin bu mərhələsini də Azərbaycanın xeyrinə bitirdi. Bu tək Ermənistanın deyil həm də Fransanın psixaloji məğlubiyyətidir.” -bu fikirləri Ulusal.az-a açıqlamasında politoloq Arzuman Muradlı bildirib.

Politoloq hesab edir ki, 60 gün çəkən psixaloji və siyasi savaşda Azərbaycan qətiyyətlə qalib gəldi.

” “Laçın istiqamətində gözləyən 22 yük maşını” əməliyyatının pozulmasında rəsmi Bakının Ağdam-Xankəndi yolundan istifadə təklifinin də rolu oldu. Azərbaycana qarşı təxribatçı planı hazırlayan mərkəzin digər məqsədi Ermənistan-Rusiya münasibətlərinin daha da gərginləşdirilməsi olub. Çünki “planı” hazırlayan mərkəz anlamamış deyildi ki, Azərbaycan Laçın yolunu açmayacaq. Yol açılmadığı təqdirdə Ermənistan hakimiyyəti Rusiyaya müraciət edəcəkdi. Belə də oldu. Ancaq Rusiya məsələyə qarışmadı və bu halda İrəvanla Kreml arasındakı gərginlik artdı. “Planı” hazırlayan Qərbdəki mərkəzə də elə bu lazım idi, Qarabağ ermənilərinə “yardım” onlar üçün maraqlı deyildi. Bir sözlə indi Cənubi Qafqazda psixaloji üstünlük bizim tərəfimizdədir. İndi diktə edən tərəf bizik”.- deyə Arzuman Muradlı bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90