Hər il onlarla insan ya dəm qazından zəhərlənir, ya da qazsızması nəticəsində baş verən hadisədə həyatını itirir. Dəm qazı iysiz olduğundan insan onu hiss etmir və bir qədər sonra huşunu itirir.
Ulusal.az xəbər verir ki, bu cür hadisələrin qarşısının alınması məqsədilə Azəriqaz İstehsalat Birliyi tərəfindən təhlükəsizlik tədbirlərinin gücləndirilməsi nəzərdə tutulub.
Qurumun mətbuat katibi Eldəniz Vəliyev bildirib ki, bəzi yaşayış evlərində, eyni zamanda MTK-lardakı mənzillərdə dedektorların quraşdırılmasına ciddi yanaşılmalıdır:
“Əks təqdirdə həmin fərdi yaşayış evlərinin eyni zamanda MTK-ların qazla təminatı mümkün olmayacaq”, – o, İTV-yə deyib.
Qaz dedektorlarının qiymətinə gəldikdə isə bu cihazlar 18-22 manat arasında dəyişir.
Kommunal xidmətlər üzrə ekspert Nüsrət Qasımov bildirib ki, qaz sızması zamanı dərhal qazın giriş kranları bağlanmalı, pəncərə və qapılar açılmalı, vintilyasiya yaradılmalıdır.