image-2000x150
image-vardanyan1666268231backend

Bu erməniləri Qarabağdan çıxarmalıyıq – Vardanyan

image-728x90

Azərbaycanın istifadə etdiyi ən güclü silah siyasi rıçaqlardır.

Bunu “168 JAM” qəzetinə geniş müsahibəsində Xankəndidəki separatçı rejimin keçmiş dövlət naziri Ruben Vardanyan deyib.

O, Azərbaycanın separatçılar arasında parçalanma yaradıb, müxtəlif qrupları bir-birinə qarşı qoymağı bacardığını bildirib. Araik Arutyunyanın bir müddət əvvəl Bakıya qarşı mübarizəni davam etdirmək bəyanatına reaksiya verən Vardanyan qondarma rejimin liderinin öz bəyanatındakı səmimiyyətini sübut etməli olduğunu bildirib. Vardanyan Araiki devirməklə də təhdid edib. O hətta çıxışı zamanı irəliyə gedərək, Bakıya qarşı müharibədən də danışıb:

“Sülh müqaviləsi güclü olduğumuz zaman imzalanmalıdır. Bu təzyiq məhz “hökumətə” yönləndirilməlidir. Əgər biz 100% güclə savaşsaq, göstərəcəyik ki, qul deyilik. Bundan sonra yanımızda müttəfiqlərimiz olacaq”.

Vardanyan müsahibəsində həmçinin Paşinyanı Qarabağdakı məğlubiyyətdə ittiham edib:

“Müharibənin uduzulmasında kimin günahkar olması vacib deyil. Əgər sən lidersənsə, bu, sənin günahındır. Sağlam mühitdə satqınlıq ola bilməz. Burada insanlar liderlərə güvənirlər”.

Erməni milyarder Rusiya sülhməramlılarının Qarabağda uzun müddətə saxlanılması üçün ciddi işin başlanılması gərəkdiyini vurğulayıb. Bununla belə, Vardanyan Bakı ilə inteqrasiya tərəfdarı olan hər kəsin Qarabağdan qovulması gərəkdiyini də bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90