image-rt-reklam
image-1backend

Bu dərmanlardan istifadə edənlər əsla qəhvə içməsinlər! – Alimlərdən XƏBƏRDARLIQ

image-728x90

Alimlər kofeinin antibiotiklərin işinə “müdaxilə” edə bildiyini aşkarlayıblar. Belə ki, kofein bakteriyalara qarşı antibiotiklərin effektivliyini azaldır.

Tübingen və Vürtsburq universitetlərinin tədqiqatçıları belə nəticəyə gəliblər.

Tədqiqatın nəticələri “PLOS Biology” jurnalında dərc olunub.

Alimlər qrupu 94 müxtəlif birləşməni – antibiotiklərdən və reseptlə verilən dərmanlardan tutmuş qida komponentlərinə qədər sınaqdan keçirib. Onlar müəyyən ediblər ki, pəhrizin müxtəlif komponentləri, xüsusilə də kofein sistematik olaraq E. coli bakteriyasında genlərin ifadəsinə təsir edə bilir.

Tədqiqatçıların sözlərinə görə, kofein bakteriyadakı genlərdən birini aktivləşdirir, bu da öz növbəsində antibiotiklərin udulmasını azaldır və təsirini zəiflədir.

Araşdırmanın həmmüəllifi Kristof Binsfeld qeyd edib: “Bizim məlumatlarımız göstərir ki, hətta sadə birləşmələr də bakteriya genlərinə zəif, lakin ardıcıl təsir göstərə bilər”.

Alimlər vurğulayırlar ki, mutasiyalar nəticəsində deyil, bakteriyaların davranış uyğunlaşması nəticəsində yaranan “aşağı səviyyəli” müqaviməti başa düşmək infeksiyaların müalicəsində yeni yanaşmaların işlənib hazırlanmasına gətirib çıxara bilər. (Publika.az)

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90