image-rt-reklam
image-1backend

Bu deputatlara “Mercedes E 300” maşınları veriləcək – Siyahı    

image-728x90

Xəbər verdiyimiz kimi, VII çağırış Milli Məclisinin 2024-cü il payız sessiyasında ilk plenar iclası keçirilib. Milli Məclisin sədri, sədr müavinləri, komitə sədrləri və onların müavinlərinin ardınca komitələrin üzvləri də seçilib. Dünən həm də parlamentarilərə deputat vəsiqələri təqdim olunub.

Ulusal.az-ın Modern.az-a istinadən məlumatına görə, yaxın günlərdə Milli Məclisin komitə sədrlərinin istifadəsinə yeni xidməti avtomobillər də veriləcək.

VII çağırış Milli Məclisinin 15 komitəsi formalaşdırılıb. Aşağıdakı deputatlar komitə sədrləri seçilib:

– İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi – Azər Əmiraslanov;

– Elm və təhsil komitəsi – Anar İskəndərov;

– Regional məsələlər komitəsi – Siyavuş Novruzov;

– Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi – Arzu Nağıyev;

– İnsan hüquqları komitəsi – Zahid Oruc;

– Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi – Sadiq Qurbanov;

– Aqrar siyasət komitəsi – Tahir Rzayev;

– Əmək və sosial siyasət komitəsi – Musa Quliyev;

– Mədəniyyət komitəsi – Polad Bülbüloğlu;

– Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi – Səməd Seyidov;

– Səhiyyə komitəsi – Əhliman Əmiraslanov;

– Ailə, qadın və uşaq məsələləri komitəsi – Hicran Hüseynova;

– Gənclər və idman komitəsi – Şahin İsmayılov;

– İctimai birliklər və dini qurumlar komitəsi – Fazil Mustafa;

– Hüquq siyasəti və dövlət quruculuğu – Əli Hüseynli.

Qeyd edək ki, VI çağırışda komitə sədrləri “Mercedes E 300” markalı avtomobillərdən istifadə ediblər. Bu çağırışda da onlara həmin markadan olan maşınlarla təmin olunacağı gözlənilir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90