“Namizədliyimi 5 saylı Babək-Naxçıvan-Culfa Seçki Dairəsindən irəli sürmək qərarına gəlmişəm”.
Bunu “AzPolitika”-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib.
Partiya sədri qeyd edib ki, seçki dairəsinin hüdudları əsasən onun doğulduğu rayonun ərazini əhatə edir. “Şahbuzun cəmi bir neçə kəndi ora düşür”, – o əlavə edib.
Ətraflı
Qeyd edək ki, hazırda həmin dairənin seçicilərini parlamentdə YAP-çı deputat Siyavuş Novruzov təmsil edir. Bu günlərdə o, mediada hakim partiyadan deputatlığa namizəd olmayacağı barədə yayılan xəbərlərə kəskin reaksiya verərək, bunu özünə qarşı təxribat adlandırıb.
Belə görünür, 1 sentyabr növbədənkənar parlament seçkilərində ən maraqlı çəkişmələrdən biri 5 saylı Babək-Naxçıvan-Culfa Seçki Dairəsində qeydə alınacaq…




















