“ChatGPT” artıq tibbi və hüquqi məsləhət verməyəcək.
Ulusal.az bildirir ki, qərarı onun yaradıcısı “OpenAI” şirkəti verib.
Şirkət “ChatGPT” üçün xidmət şərtlərini yeniləyərək çatbotun istifadəçilərə bu məsələlərlə bağlı məsləhət verməsini rəsmən qadağan edib.
“Reddit” istifadəçilərinin qeyd etdiyinə görə, alqoritm artıq yalnız bu cür sorğulara cavab olaraq onlayn istinad məlumatları təqdim edir və lisenziyalı mütəxəssislərlə əlaqə saxlamağı tövsiyə edir. Bundan əlavə, çatbot artıq tibbi şəkilləri və ya bədən şəkillərini təhlil etmir.
“OpenAI” dəyişikliklə bağlı rəsmi olaraq şərh verməyib, lakin bu, çox güman ki, hüquqi risklərdən qaçmaq üçün edilib. Süni intellekt cavabları tibbi və ya vəkilik sirri qanunlarına tabe olmadığı üçün onların hüquqi işlərdə istifadəsi şirkət üçün ciddi təhlükə yarada bilər.
“OpenAI”nin baş direktoru Sem Altman əvvəllər “ChatGPT” söhbətlərinin məhkəmədə istifadə edilə biləcəyi barədə xəbərdarlıq etmişdi.






















