image-2000x150
image-1677503230_arzuman-222-2backend

“Bu Azərbaycanın siyasi arenada da qələbəsidir”- Arzuman Muradlı

image-728x90
“Azərbaycan yenə BMT Təhlükəsizlik Şurasında Qarabağla bağlı müzakirələrində haqlı qələbəsini əldə etdi. Biz öz haqq işimizi davam etdiririk. BMT Təhlükəsizlik Şurasında Qarabağla bağlı müzakirələrdə böyük ölkələrin bizə verdiyi dəstək bir daha onu göstərdi ki, biz öz haqq işimizdə yolumuza davam etməliyik.”- Ulusal.az xəbər verir ki, bu fikirləri politoloq Arzuman Muradlı bildirib.
Politoloq qeyd edib ki, BMT Təhlükəsizlik Şurasında Qarabağla bağlı müzakirələrdəki çıxışlar daha bir tarixi, siyasi qələbəmizdir.
“BMT Təhlükəsizlik Şurasında Qarabağla bağlı müzakirələrdə böyük dövlətlər bizə haqq işimizdə dəstək verdikləri məqamları sizin diqqətinizə çatdırıram:
▪️ Rusiyanın BMT-dəki nümayəndəliyi
Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası üçün yol xəritəsi hazırlanmalıdır.
Rusiya münaqişənin həllində böyük rol oynamaqda davam edir və onun regiondakı rolunun alternativi yoxdur.
▪️ ABŞ nümayəndəliyi
Qarabağda hərbi əməliyyatların dayandırılması inkişafa səbəb olacaq.
▪️ Çin nümayəndəliyi
Pekin Qarabağda atəşkəsi saxlamağa və vəziyyətin normallaşmasına ümid edir.
Həmçinin Tqürkiyə prezidenti Rəcəb Təyyub Ərdoğanın BMT-nin tribunasından “Qarabağ Azərbaycan torpağıdır” fikri də bizə böyük güc verdi. Qələbə bizimdir. Allah ordumuza güc qüvvət, şəhidlərimizə rəhmət eləsin”- deyə Arzuman Muradlı bildirib.
image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90