image-rt-reklam
image-1backend

“Bu, Azərbaycan Prezidentinə və dövlətinə olan yüksək diqqətin bariz nümunəsidir” – Politoloq

image-728x90

Sentyabrın 22-dən etibarən Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün ABŞ-nin Nyu-York şəhərində işgüzar səfərdədir. Bu səfər, həm diplomatik platforma, həm də beynəlxalq əlaqələri genişləndirmək baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlətimizin başçısı və birinci xanım səfər çərçivəsində bir sıra yüksək səviyyəli görüşlər keçirərək, ölkəmizin regionda sülh təşəbbüslərini, iqtisadi və enerji potensialını beynəlxalq ictimaiyyətə nümayiş etdiriblər.

Politoloq Arzuman Muradlı saytımıza açıqlamasında bildirib ki,  Prezident İlham Əliyevin ABŞ-a etdiyi səfərin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoa

Politoloq qeyd edib ki, bu səfər diqqət çəkən bir neçə mühüm məqamla yadda qalır: “Prezident İlham Əliyev ABŞ-da çoxsaylı görüşlər keçirib və həmin görüşlərin demək olar ki, hamısı qarşı tərəflərin istəyi ilə olub. Bu, Azərbaycan Prezidentinə və dövlətinə olan yüksək diqqətin bariz nümunəsidir. Bir çox böyük şirkətlərin təmsilçiləri, dövlət rəhbərləri və beynəlxalq təşkilatların nümayəndələri üçün İlham Əliyevlə görüşmək və əməkdaşlıq imkanlarını müzakirə etmək fürsətinə çevrilib.”

Arzuman Muradlı bildirib ki, Azərbaycanın birinci xanımının və Prezidentin ailə üzvlərinin də səfəri müşayiət etməsi əlavə üstünlük yaradır, çünki bu, yeni təmas imkanları açır.

“Bir çox məsələlər müzakirə edilərkən, ABŞ Prezidenti Donald Trampla baş tutan və artıq televiziya kanallarında yayımlanan dialoq da xüsusilə diqqət çəkir. Azərbaycan Prezidentinə göstərilən diqqət, həm ABŞ Prezidenti səviyyəsində, həm də digər liderlər səviyyəsində çox yüksəkdir,” – deyə politoloq əlavə edib.

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90