Tarif dəyişikliyinin şamil olunduğu avtobusların yeni siyahısı elan edilib.
Ulusal.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, dəyişiklik ölkə üzrə marşrut şəbəkəsinin 9%-ni, paytaxt üzrə isə 30%-ni əhatə edir.
Qeyd edək ki, sentyabrın 29-da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası avtobus marşrutları və metroda sərnişindaşıma üzrə yeni tariflər müəyyən edib. Qərara əsasən, müasir tələblərə cavab verən və yalnız nağdsız ödəniş alətləri vasitəsilə fəaliyyət göstərən müntəzəm şəhərdaxili (rayondaxili), qəsəbələrarası və şəhərətrafı avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin aşağı həddi (məsafədən asılı olaraq tariflər dəyişir) də 60 qəpik olaraq müəyyən edilib.
Qərar oktyabrın 1-dən qüvvəyə minib.
.jpg)
.jpg)
.jpg)
.jpg)