image-rt-reklam
image-1backend

Bu 3 ölkədə yaşayan ruslar pensiya ala bilməyəcək – Səbəb nədir?

image-728x90

İsrail, Litva və Bolqarıstan Rusiyadan pensiyaların qəbulunu məhdudlaşdırıb.

Ulusal.az xəbər verir ki, bu barədə TASS Rusiya Sosial Fonduna istinadla məlumat yayıb.

Fondun açıqlamasında bildirilir ki, adıçəkilən ölkələr dost olmayan dövlətlərin tətbiq etdiyi məhdudiyyətləri əsas gətirərək Rusiyadan pensiya köçürmələrini rədd edir. Rusiya tərəfi müvafiq icazələri aldıqdan sonra ödənişləri dərhal bərpa etməyə hazır olması barədə bu ölkələrin pensiya orqanlarına rəsmi məlumat verib.

“Rusiya Federasiyası xaricdə pensiya alanlar qarşısında maliyyə öhdəliklərini tam yerinə yetirir. Bununla belə, müəyyən edilmiş məhdudiyyətlər transsərhəd köçürmələrə süni inzibati maneələr yaradır”, – Sosial Fond izah edib.publika.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90